Yuxarı

Prokurorluq: Zəngilanda bayrağımızın sancıldığı bina...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prokurorluq: Zəngilanda bayrağımızın sancıldığı bina...

Oktyabrın 20-də kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad edərək Azərbaycan bayrağını Zəngilanda qaldıran hərbçilərimizin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə videomüraciəti yayımlanıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən olunub ki, önündə müqəddəs bayrağımızın dalğalandırıldığı inzibati bina Zəngilan Rayon Prokurorluğunun inzibati binası kimi 1991-ci ildə tikilərək istifadəyə verilib.

“Həmin binada fəaliyyət göstərmiş prokurorluq əməkdaşları, o cümlədən veteranlar fərəh və sevinc hissi ilə binanın Zəngilan Rayon Prokurorluğunun inzibati binası olduğunu təsdiq ediblər. Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları bütün torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad olunacağına inanır, işğaldan azad olunmuş şəhər və rayonlarımızda fəaliyyətlərini davam etdirəcəkləri günü səbirsizliklə gözləyirlər. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”, - deyə məlumatda bildirilib.

Tarix
2020.10.23 / 01:39
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla