Yuxarı

Balkan ulduzu "Əzizim ana" mahnısını oxudu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Balkan ulduzu "Əzizim ana" mahnısını oxudu - Video

Dünyaca məşhur "Te ka lali shpirt" hit mahnısının ifaçılarından biri, tanınmış Balkan ulduzu Mandi Niştulla gənc azərbaycanlı müğənni Elvin Babazadənin "Əzizim ana" mahnısını alban dilində oxuyub.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Albaniyada yaşayan həmyerlilərimizdən daxil olub. Belə ki, vətənində Tallava janrında olan mahnıları, dünyada isə Silva Qunbardi və repçi Dafi ilə ifa etdiyi "Te ka lali shpirt" mahnısı ilə populyarlaşan Mandi adlı ifaçı Elvin Babazadənin bir neçə il əvvəl ivrit və Azərbaycan dillərində oxuduğu "Əzizim ana" ("Ima yekara") mahnısını özünəməxsus formada ifa edərək sosial şəbəkələrdə paylaşıb. Bildirilir ki, Mandi bu mahnını yazın zamanlarda peşəkar formada yazdıraraq dinləyicilərə təqdim etmək fikrindədir.

Qeyd edək ki, "Əzizim ana" mahnısının ilk ifaçısı israilli yəhudi müğənnisi Dudu Aharon olub. Mahnı bir neçə dəfə dünyanı müxtəlif yerlərində oxunub.

Elvin Babazadə 2012 və 2013 Avroviziya Milli seçim turlarının iştirakçısı, 2005-ci ildə UNESCO tərəfindən istedadlı uşaqlar üçün keçirilən müsabiqədə fəxri diplomun sahibi və eyni ildə Türkiyədə keçirilən "Novruz" festivalının mükafatçısıdır. Elvin Babazadə İsrail və Dağıstanda konsert proqramlarında çıxış edib. 2013, 2014, 2015-ci illərdə o, Dağıstanın "İlin ən yaxşı müğənnisi" və digər mükafatlara layiq görülüb.

Tarix
2015.05.17 / 12:20
Müəllif
Axar.az
Digər xəbərlər

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla