Yuxarı

İki gündə 129 ədəd mina aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 18-19-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Beyləqan, Füzuli, Qubadlı, Zəngilan, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 11, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 1 müraciət daxil olub.

ANAMA-dan Axar.az-a verilən məlumata görə, 12 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 19 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 19 ədəd partlamamış hərbi sursat (PHS), 66 ədəd piyada əleyhinə mina, 63 ədəd tank əleyhinə mina, 3 ədəd tank əleyhinə mina partladıcısı, 5 ədəd 14,7 mm-lik patronlar və 14 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 12 100 126 kv.m (1 210 ha) ərazi yoxlanılıb, 117 km-dən çox yol mina və partlamamış hərbi sursatlardan təmizlənilib, 282 tikili yoxlanılıb.

Agentliyin partlayış qrupu tərəfindən 215 ədəd partlamamış hərbi sursat (PHS), 749 ədəd mina zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 97 398 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Tarix
2021.01.20 / 10:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla