Axar.az
Yuxarı

Axar.Az Logo

Bu terrorçular Azərbaycana niyə göndərilib?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar yekunlaşdıqdan sonra Ermənistan tərəfindən Qarabağa göndərilmiş terrorçu qruplar bir neçə təxribata cəhd etmişdilər.

Axar.az Trend-ə istinadən xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə Ermənistan tərəfindən məqsədyönlü şəkildə göndərilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu saxlanılaraq istintaqa təhvil verildi.

Rəsmi məlumatlara görə, saxlanılanların hamısı 26 noyabr 2020-ci il tarixində Ermənistanın Şirak vilayətindən Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılmış və Azərbaycan Respublikasının ərazilərində onun Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya və terror aktları törətmək məqsədilə bu ərazilərə yeridilib.

Bu terrorçu qrupların təxibatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin üzvləri və mülki şəxslər arasında həlak olanlar və yaralananlar oldu.

Bəs 10 noyabr bəyanatı və hərbi əməliyyatların dayandırılmasından sonra bu terrorçuların Azərbaycan ərazisinə niyə göndərilmişdi?

Terrorçu-diversantların Azərbaycan ərazisinə keçməkdə əsas məqsədləri təxribatlar törətmək olub. Lakin bu qruplar Azərbaycan güc orqanları tərəfindən tam zərərsizləşdirildi.

Bü gün Ermənistan mediasında müxtəlif fikirlər və ziddiyyətli rəqəmlər səsləndirən rəsmilər həmin terrorçulardan fərqli məqsədlər üçün istifadə etməyə çalışırlar. Bəzi Ermənistan rəsmiləri 62 nəfərin, Serj Sarqsyanın kürəkəni Mikael Minasyan 115, keçmiş təhlükəsizlik naziri Davi Şahnazaryan 235 nəfərin saxlanıldığını iddia edir. Hətta sosial şəbəkələrdə ermənilərin yazdıqlanlara görə isə 500-dən artıq erməni hərbçi saxlanılıb. Ermənistan rəsmiləri həmçinin onların azad olunmasını istəyirlər.

Bu məsələylə bağlı Azərbaycanın rəsmi mövqeyi nədir?

Azərbaycan müxtəlif rəsmi səviyyələrdə açıq şəkildə bəyan edib ki, Azərbaycan tərəfi üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dekabrın 14-də 44 erməni hərbi əsiri “hamını hamıya” prinsipi ilə qarşı tərəfə təhvil verib. Bu gün Ermənistanın azad olunmasını istədikləri şəxslərin isə hərbi əsrlərlə bağlı heç bir əlaqəsi yoxur. Həmin şəxsləri Ermənistan hərbi əməliyyatlar dayandırıldıqdan yəni Noyabr Bəyanatından sonra diversiya-terror fəaliyyəti həyata keçirmək məqsədilə bu əraziyə göndərilib.

Həmin şəxslərin Azərbaycan ərazisinə müharibə zamanı yox, hərbi əməliyyatlar bitdikdən sonra göndərildiklərini Rusiya rəsmiləri də təsdiq edir

Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, noyabrın sonunda erməni hərbçilərindən, bildiyimə görə, çağırışçılardan ibarən böyük bir qrup ora göndərilib və onlar, 62 nəfər, dekabrın əvvəlində əsir düşüblər".

Bəs, bu məsələ beynəlxalq humanitar hüquq normalarına əsasən necə həll olunmalıdır?

Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il tarixli Cenevrə konvensiyalarının müddəalarına əsasən, konkret cinayət əməli törətmiş terror təxribat qrupunun üzvləri hərbi əsir hesab edilə bilməzlər. Beləliklə, Ermənistanın manipulyasiya etdiyi və geri qaytarılmasını tələb etdiyi şəxslər hərbi əsir sayıla bilməzlər, onlar diversant və terrorçudurlar və Azərbaycan tərəfi onları məhz bu statusda zərərsizləşdirib.

Tarix
2021.01.21 / 22:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Həbsdən çıxan dünya çempionuna vəzifə verildi - Foto

Bu gün Yel çərşənbəsidir

Bu rayonlara qar yağır – Faktiki hava

Qəza törədən avtomobil daha sonra piyadanı vurdu

Qar bu rayonlarda nəqliyyatın hərəkətini çətinləşdirdi

İsrail qəzeti Hacıyevin təşəkküründən yazdı

Gəncəyə qar yağır - Video

Nazir qadınlardan yazdı: Siyasi bərabərlik...

Ölkədə koronaya yoluxanların sayı açıqlandı

Britaniyalı nazirin təbriki: Azərbaycan fəxr edə bilər...

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla