Yuxarı

Erməni tarixçi: Qarabağda ədalət qalib gəldi, təbrik edirəm!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni tarixçi: Qarabağda ədalət qalib gəldi, təbrik edirəm!

İkinci Qarabağ müharibəsinin bitməsi erməni xalqı üçün böyük imkanlar yaratdı. Artıq onlar tamamilə başqa bir həyata başlaya bilər. Çünki bundan sonra erməni xalqı başqasının ərazilərini artıq yük kimi çiyinlərində daşımağa məcbur olmayacaqlar.

Axar.az xəbər verir ki, bu sözləri erməni əsilli Ukrayna tarixçisi və tədqiqatçısı Filipp Ekozyans bildirib. Onun sözlərinə görə, bu müharibədə Azərbaycan əsgəri vətənini müdafiə edirdi:

“Erməni hərbçiləri və könüllüləri düşünürdülər ki, onlar da vətənlərini qoruyurlar. Onlar bu fikirlə öldülər. Sadə insanlar üçün həqiqətin harada olduğunu və yalanların harada gizləndiyini anlamaq çox çətin olur. Bu, uzun bir prosesdir və Qarabağ müharibəsində həlak olmuş ermənilər təəssüf ki, artıq heç vaxt həqiqəti bilməyəcəklər. Onlar artıq bu prosesə qatıla da bilməyəcəklər. Mən demək istəyirəm ki, erməni tarixi indi bizim bildiyimiz kimi deyil. Həqiqət kənarda qalıb. Heç bir Ermənistan dövləti, heç bir “Böyük Ermənistan” olmayıb. Erməni əsgərləri yad ərazilərdə həlak oldular. Ancaq bütün bu adamların günahı yox idi. Onlar böyük bir yalanın qurbanı oldular. Günahkarlar bu yalanı illərdir erməni xalqının başına və qəlbinə yeridən bizim “tarixçilər” və “siyasətçilərdir”, - deyə o qeyd etdi.

Ekozyans çıxışı zamanı Azərbaycan xalqını qələbə və ərazi bütövlüyünün bərpası münasibəti ilə təbrik edi: “Mən erməni xalqını da təbrik edirəm ki, onların tamamilə başqa həyatı başlayır. Tarixin başqa bir dövrü. Ümüd edirəm ki, ermənilərin əksəriyyəti hələ sağlığında öz həqiqi tarixini öyrənə biləcək", - deyə tədqiqatçı vurğulayıb.

Tarix
2021.01.23 / 23:02
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Əminə Məhəmməd Azərbaycana gəldi

Şərifdən Əliyevə: Ərdoğanla birlikdə Azərbaycanda olmaq...

Dünya liderləri İlham Əliyevi təbrik edir

Yeni Kaledoniya məsələsi Fransanın daxili işi deyil - Xaokas

Emmanuel Makron İlham Əliyevə zəng vurdu

Qazaxıstandan AZAL qəzası ilə bağlı vacib açıqlama

WUF13-ün dördüncü günü: Nələr müzakirə olundu?

Bolqarıstan prezidenti Sumqayıtda

Türkiyədə Azərbaycana qarşı yeni kampaniya - Kimlər var?

Dünya Bankı Azərbaycanda bu yolu bərpa edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla