Yuxarı

Bələdiyyə sədri döyülmə səbəbindən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda hücuma məruz qalan Bülbülə qəsəbəsinin bələdiyyə sədri Axar.az-a danışıb.

Bələdiyyə sədri Natiq Həsənov açıqlamasında bildirib ki, onu və bələdiyyədə mühəndis işləyən Samir Əliyevi döyən Araz Həsənov dövlət mülkiyyətində olan ərazini zəbt edib. N.Həsənovun sözlərinə görə, vətəndaş Suraxanı ərazisindəki "Mədən" adlanan massivdə qanunsuz tikinti işləri həyata keçirib. Həmin qanunsuz tikililər sökülən zaman vətəndaş məmuru və işçisini döyüb.

"Suraxanıda Neft Şirkətinin və bələdiyyənin nəzarətində olan torpaqlar var. Onu əvvəlcədən maarifləndirmişik, izah etmişik ki, dövlət mülkiyyətində olan torpaq zəbt oluna bilməz. Ancaq buna məhəl qoymayıb və tikinti işləri aparıb. Həmin şəxs ərazidə kafe inşa etmək istəyib. Bu məsələ ilə bağlı söküntü işləri aparan zaman üstümüzə hücum çəkib".

Bələdiyyə sədrinin dediyinə görə, xəsarət alıblar və tibbi ekspertizadan keçiblər: "Bələdiyyə işçisi təhqir olunub. Artıq məsələ rayon rəhbərliyinin və Neft Şirkətinin diqqətindədir".

Qeyd edək ki, qəsəbə sakini, 1970-ci il təvəllüdlü Araz Əli oğlu Həsənov saxlanılıb.

Tarix
2015.05.30 / 12:00
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

Bu ərazilər Ordumuzun nəzarətinə keçdi

Delimitasiya Kirantsa çatdı: kənd bölünür – Foto

Azərbaycanda doğulan erməni nazir axtarışa verdi

Baydenin çıxışı aləmi bir-birinə qatdı

Kiyev yaxın günlərdə Rusiyaya zərbə endirəcək

Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla