Yuxarı

FHN-də Avropa Oyunları ilə bağlı müşavirə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-də Avropa Oyunları ilə bağlı müşavirə - Foto

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Nərimanov rayon Dövlət Yanğından Mühafizə Hissəsində 1-ci Avropa Oyunları ilə əlaqədar nazirlik tərəfindən yaradılmış Əməliyyat Qərargahında müşavirə keçirilib.

FHN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, müşavirədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və Təhlükəsizlik Departamentinin direktoru Piter Aşvin iştirak ediblər.

Müşavirədə Əməliyyat Qərargahının rəhbəri, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin ilk Avropa Oyunları ilə bağlı aidiyyəti üzrə təhlükəsizliyin təmin edilməsi sahəsində nazirliyin gördüyü işlər barədə geniş məruzəsi dinlənilib.

Məruzənin təqdimatı zamanı Avropa Oyunlarının keçiriləcəyi idman obyektləri, habelə Atletlər kəndi ilə birbaşa telekörpü təşkil olunub, hər bir obyekt üzrə yaradılmış qərargah rəhbərləri görülmüş işlərlə bağlı məruzələr ediblər.

Sonra nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi polkovnik Adil Abdullayev FHN-də yaradılmış Əməliyyat Qərargahının fəaliyyətinin müasir səviyyədə qurulması, nazirliyin qüvvə və vasitələrinin effektli idarə edilməsi məqsədilə informasiya-kommunikasiya texnologiyalarının tətbiq edilmiş ən son yenilikləri barədə məruzə edib.

K.Heydərov birinci Avropa Oyunları ilə əlaqədar təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi üçün müvafiq tapşırıqlarını verib.

Sonda çıxış edən Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru S.Kleq 1-ci Avropa Oyunları ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi sahəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş işləri yüksək qiymətləndirib və bununla bağlı öz təşəkkürünü bildirib.

Tarix
2015.06.01 / 21:19
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

Ordumuz hərb tarixinin ən şərəfli səhifəsini yazdı - Qafarov

Türkiyə XİN şəhidlərimizi belə yad etdi

İlham Əliyev və xanımı Zəfər parkında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla