Yuxarı

AMEA-da torpaq qalmaqalı: Elton Məmmədov danışdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:33

Ramiz Mehdiyev AMEA-nın 500-dən çox əməkdaşına verilmiş bağ sahələrinin əllərindən alınması ilə bağlı göstəriş verib.

Axar.az xəbər verir ki, AMEA Rəyasət Heyəti Aparatının İşlər İdarəsi institutlara məktub göndərərək, bağ sahələrinin ləğv edildiyini və müqavilələrin qanunsuz olduğunu bildirib. Əməkdaşlara ötən gün bu barədə məlumat verilib.

Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin sözlərinə görə, alimlər bağ sahələrinin əllərindən alınması tapşırığının birbaşa Ramiz Mehdiyevdən gəldiyini deyiblər və AMEA Rəyasət Heyəti Aparatının İşlər İdarəsinin müdiri Elton Məmmədov (sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı), müdir müavini Fikrət Əliyev (Ramiz Mehdiyevin kürəkəninin qardaşı) bu məsələdə birbaşa maraqlıdırlar, bu işdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsini icra edən akademik Qərib Məmmədov, İşlər İdarəsi müdirinin keçmiş müavini Sərdar Əliyev və “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin direktoru Vəliyəddin İbrahimov xüsusi rol oynayırlar:

“AMEA Rəyasət Heyətinin 3 oktyabr 2018-ci il tarixli qərarına əsasən “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin balansında olan torpaq sahəsindən müvəqqəti istifadə üçün AMEA-nın 500-dən artıq əməkdaşına 10 sot bağ sahəsi ayrılıb. Bağ sahələri AMEA-nın keçmiş prezidenti Akif Əlizadənin dövründə verilib.

İki bölgü üzrə Akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları üçün 63 hektar ərazidə təkminən 523 sahə verilib, müqavilələr bağlanılıb. AMEA-nın balansında olan həmin ərazinin sahəsi ümumilikdə 1800 hektardan çoxdur.

Müqaviləyə əsasən, ötən müddət ərzində AMEA əməkdaşlarının maaşından hər ay 15 manat çıxılıb. Yolların çəkilməsi üçün adambaşına 50 manat yığılıb. Sahələrin hasarlanması üçün hər bir əməkdaş təxminən 300-700 manat xərcləyib. Hətta 1000-1500 manat pul xərcləyən də var. Əməkdaşların əksəriyyəti bağ sahələrində ağac əkıb və ya əkin işləri görüblər.

Pandemiya ilə mübarizə dövründə Bakı və Abşeron sakinlərinin paytaxtdan çıxmasına qadağa qoyulduğuna görə, yəni obyektiv səbəblər ucbatından bağçılıq təsərrüfatlarında daha çox işlər görmək mümkün olmayıb.

Bağ sahələrinin hasarlanması, ağacların əkilməsi və s. işlərin görülməsi isə məhz AMEA Rəyasət Heyətinin İşlər İdarəsi, AMEA Azad Həmkarlar Təşkilatı tərəfindən təşviq edilib. İndi isə Ramiz Mehdiyevin göstərişi əsasında bağ sahələri əllərindən alınır”, - məlumatda bildirilib.

İddia edilib ki, hüquqları pozulan AMEA əməkdaşları kütləvi şəkildə məhkəmələrə müraciət etməyə, ölkə rəhbərliyinə müraciət ünvanlamağa hazırlaşır.

AMEA-nın mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirib ki, rəhbərlik tərəfindən bağ sahələrinin əməkdaşlardan alınması barədə hansısa bir tapşırıq verilməyib.

***

AMEA Rəyasət Heyəti Aparatının İşlər İdarəsinin müdiri Elton Məmmədov Unikal.org saytına sözügedən məsələ ilə bağlı açıqlama verib. O, yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

"Məlumatda qeyd edildiyi kimi torpaq verilənləri sayı 500 yox, 312 nəfərdir. Müqavilə bağlanılan şəxslər arasında AMEA-nın əməkdaşı olmayanlar da var. Həmin torpaq sahələri qanunsuz mənimsənilib. Bununla bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət edilib. Ərazidə olan qanunsuz tikililər söküləcək. Sözügedən torpaq sahələrindən səmərəli istifadə üçün 10 bənddən ibarət konsepsiya hazırlanıb".

Daha ətraflı videoda:

Tarix
2021.02.23 / 17:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla