Yuxarı

İsveçrədə Xocalı soyqırımı ilə bağlı tədbir keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrənin Bazel şəhərində fəaliyyət göstərən "Azərbaycanın Dostları" Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cü ildönümünə həsr edilmiş "Xocalıdan danışaq!" mövzusunda ədəbi-bədii videogörüş keçirilib.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayan virtual tədbirə İsveçrənin müxtəlif şəhərlərində yaşayan soydaşlarımız qoşulublar.

Tədbir iştirakçılarını salamlayan "Azərbaycanın Dostları" Birliyinin sədri Arzu Əliyeva bildirib ki, xalqimizin qan yaddaşına yazılmış Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayətdir. Odur ki, belə faciələrin bir daha təkrarlanmaması naminə dünya birliyi erməni faşizmi kimi qorxulu meyllərin meydana çıxmasına yol verməməli, Xocalı soyqırımını rəsmən tanımalı, cinayətkarların məsuliyyətə cəlb edilməsinə nail olmalıdır.

Xocali hadisələrinin şahidi olan Vüqar Cəfərov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin törətdikləri vəhşiliklərdən danışıb, ömrünün sonuna qədər erməni faşizminin xalqımızın başına gətirdiyi müsibətləri unutmayacağını, cinayətkarların ədalət mühakiməsinə cəlb olunmasının vacibliyini bildirib.

Tədbirin bədii hissəsində Xocaliya həsr edilmiş şeirlər, xanəndə Rəvanə Qurbanovanın və tarzən Rövşən Qurbanovun ifasında muğam parçaları səsləndirilib.

Tarix
2021.02.24 / 18:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla