Yuxarı

İki oğlu şəhid olan ana Milli Məclisdə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Mingəçevir şəhər sakini, Vətən müharibəsinin şəhidləri Musa və Turalın anası Nəhayət Həsənova ilə Milli Məclisdə görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili ailənin qayğıları ilə maraqlanıb.

"Musa və Tural Həsənovlar cəbhəyə könüllü getmişdi. Şəhid oğullarınız Azərbaycan Prezidentinin sərəncamı ilə ərazi bütövlüyümüzün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak edərkən, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borclarını şərəflə yerinə yetirdiklərinə görə “Vətən uğrunda” medalı ilə təltif olunub.

Musa həmçinin "Suqovuşanın azad olunmasına görə" medalı ilə də təltif olunub.

Musa və Tural kimi gənclərimizlə hər zaman qürur duyacağıq!” – millət vəkili deyib.

Q.Paşayeva qələbə münasibəti ilə şəhidlərin anasını təbrik edib, hər zaman onun yanında olduğunu bildirib.

Şəhidlərin anasına Komitə adından məktub təqdim edilib.

Tarix
2021.02.27 / 13:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla