Yuxarı

Qənirə Paşayeva daha bir şəhid anası ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qənirə Paşayeva daha bir şəhid anası ilə görüşdü

MM-in Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhid Vüsal Məmmədovun anası Mahirə Nemət qızı Məmmədova ilə görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili qəhrəman şəhidimizin həyat və döyüş yolu ilə maraqlanıb, öz ürək sözlərini bölüşüb.

Bildirilib ki, Vüsal Azərbaycan Milli Aviasiya Akademiyasında ali təhsil alıb. 2019-cu ilin aprelində hərbi xidmətə başlayıb. O, Vətən müharibəsinin ilk günlərindən döyüşlərə cəlb olunub, Talış, Suqovuşan, Ağdərə istiqamətində fədakarlıqla vuruşub və oktyabrın 10-da Suqovuşanda şəhid olub.

Vüsal Məmmədov “Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

“Vüsal kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmadı, düşməndən ağır intiqam alındı və torpaqlarımız işğaldan azad olundu. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, vətənpərvər övlad böyütdüyünüz üçün təşəkkür edirik!” – millət vəkili deyib.

Qəhrəman şəhidimizin anasına Komitə adından təşəkkür məktubu, Qarabağ mövzusunda rəsm əsəri və xatirə hədiyyələri təqdim edilib.

Görüşdə millət vəkili Məşhur Məmmədov və RHİM İB sədri Arzu Bağırova da iştirak edib.

Tarix
2021.03.08 / 12:06
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla