Yuxarı

Şəhid polkovnikin xanımından təsirli 8 Mart təbriki

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhid polkovnikin xanımından təsirli 8 Mart təbriki

Şəhid polkovnik Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova Feysbuk hesabından 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanımları təbrik edib.

Axar.az təbrikin mətnini təqdim edir:

“Əziz Şəhid Xanımları, Şəhid Anaları!

Sizin timsalınızda mən bütün Azərbaycan xanımlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir, rahat, firavan, müharibəsiz illər arzu edirəm. Azərbaycan qadınları ailə dəyərlərini qoruyub saxlayan, fədakar ana, təmkinli həyat yoldaşı, qayğıkeş nənə olurlar. Bununla bərabər Azərbaycan bayrağının məğrurcasına dalğalanması, Vətən torpağının düşmən tapdağından azad edilməsi üçün gözünü qırpmadan böyütdüyü oğul-sipəri Vətən üçün qurban verməyə hazır olan Azərbaycan Qadınının bundan sonra bir daha müharibə faciələrini yaşamamasını diləyirəm. Arzu edirəm ki, Azərbaycan qızlarının, gəlinlərinin taleləri yarımçıq, balaca qızcığazlar isə atasız qalmasınlar, anaların başı qara örpək görməsin.

Həyat yoldaşı Şəhid olan xanımın həyatı da Şəhid olur. Arzu edirəm ki, Azərbaycanda bir daha mənim kimi Şəhid Xanımları olmasın!

Hər birimizə bu çətin həyatı məqamımızda arxa-dayaq olan, hər birimizə ayrı-ayrılıqda diqqət və qayğı göstərən, hər birimizi tanıyan, zərif, mərhəmətli Mehriban xanım Əliyevadan mən məğrurluğun, əzəmətliliyin nümunəsini götürürəm. Bu gün Sizləri təbrik edəcək həyat yoldaşlarınız, oğullarınız yoxdur... Lakin Bizlər tək deyilik, biz tənha deyilik. Bizlərin arxasında Ali Baş Komandanımız İlham Əliyev, Mehriban xanım Əliyeva, dövlətimiz, xalqımız var. Həyat yoldaşlarımız vətəndaşlıq borclarını ən ali səviyyədə - canlarını Vətənə qurban verərək yerinə yetiriblər. Biz onların həyat amallarını davam etdirərək övladlarımızı Azərbaycana və azərbaycançılığa sadiq, Vətənə bağlı, vətənpərvər, atalarının adlarına layiq vətəndaş olaraq böyütməliyik.

Arzu edirəm ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və azadlığı uğrunda şəhid olmuş həyat yoldaşlarımızın dilədikləri bütöv Azərbaycan daim sülh və firavanlıq içində olsun!

Əzizlərim, Bayramınız Mübarək!”

Tarix
2021.03.08 / 13:40
Müəllif
Axar.az
Digər xəbərlər

PA rəhbəri COP32 Prezidenti ilə görüşdü

Efiopiya baş naziri Əliyevə Azərbaycan dilində təşəkkür etdi

Mixay Popşoy Azərbaycana gəlir

Efiopiyanın Baş naziri Səngəçal neft terminalında oldu

Prezident yeni baş konsul təyin etdi

Vens Bakı və İrəvana səfər etdi, Tiflis kənarda qaldı...

Paşinyanla Annanın ayrılığında şok detallar

Efiopiyanın baş nazirinin şərəfinə rəsmi nahar verildi

Efiopiya ilə bir sıra sənədlər imzalandı - Foto

General: Rəhim Qazıyev istefa verən kimi başladılar... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla