Yuxarı

Türkiyə üzərində oyun: Bakı nə edəcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə üzərində oyun: Bakı nə edəcək?

"Bizim üçün Türkiyənin etdiklərinin yan təsirləri hər zaman güclü olub".

Axar.az xəbər verir ki, bu açıqlama ilə siyasətçi Erkin Qədirli öz Feysbuk səhifəsində çıxış edib.

Onun sözlərinə görə, Türkiyə hazırda kritik dönəm yaşayır:

"Bu gün Türkiyədə parlament (dolayı olaraq həm də, hökumət) seçkiləridir. Türkiyə bizim üçün çox önəmli ölkədir. Başqa elə bir ölkə yoxdur ki, orada keçirilən seçkilərin bizə yan təsiri Türkiyədəkindən çox, ya da onun eynisi olsun. Türkiyə kritik dönəm yaşayır. AKP-nin mənə görə yanlış xarici siyasəti ölkəni çətin sınaqlar qarşısında qoydu. Ölkə içində də çox dramatik proseslər gedir. Buna Ana Yasa böhranı da demək olar. AKP iqtidarının "qonşularla sıfır problem" niyyətilə başlatdığı siyasət iflasa uğradı. Bu gün Türkiyənin qonşuluğunda problemsiz münasibətləri olan ölkə yoxdur. AKP siyasətini İslam dəyərləri üzərində qurduğunu deyirdi. Milli maraqlar qaldı bir qıraqda, faktiki olaraq təriqət bölücülüyü üzərində qurdu siyasətini. Kərkük və Mosulda türkləri qorumadı, çünki onlar şiədirlər. Amma türk əhalisi olmayan, lakin sünni çoxluğu olan Suriya məsələsində ilişib-qaldı. Obama Əsəddən əl çəkdi, Erdoğan əl çəkmədi. Siyasətdə yan təsirlər birbaşa nəticələrdən daha güclü və qalıcı ola bilir. Yan təsirlər çox zaman gözdən qaçır, onları zamanında görmək olmur. Qıraqdan, ya da uzun zaman keçəndən sonra geriyə baxanların lüksu var. Onların məsuliyyət daşımadan çeşidli nəticələr çıxarmaq imkanları olur. Çətinliklərin yaşandığı zaman qərar verənlərin belə üstünlüyü yoxdur. Bununla belə, doğru bilinən yolun (yönün) və dürüst sayılan addımların da yanlış nəticələri ola bilir. Bizim üçün Türkiyənin etdiklərinin yan təsirləri hər zaman güclü olub. Bundan sonra da belə olasıdır. Mən bu seçkilərə bu gözlə baxıram, öz milli maraqlarımız üçün doğru olanı düşünməyə çalışıram. Türkiyənin özü üçün bunun (milli maraqlarımızın) bir fərqi olası deyil, təbii ki. Amma biz diqqətli olmalıyıq. Bölgəmiz ağrılı və təhlükəli gedişatlarla doludur. Türkiyə - Rusiya, Türkiyə - İran münasibətlərinə xüsusi diqqət verməliyik. Orada milli maraqlarımıza toxunan və ya toxuna biləcək xeyli məsələ var".

Tarix
2015.06.08 / 09:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla