44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Səməndər İmanovun anım mərasimi keçirilib.
Axar.az xəbər verir ki, Səməndər İsaxan oğlu İmanov 20 mart 1998-ci ildə Salyon rayon Kürsəngi kəndində anadan olub. Kürsəngi kənd tam orta məktəbini bitirən Səməndər Gəncə Dövlət Universitetinin Biologiya-kimya fakültəsinin məzunudur. Tələbəlik illərində Yeni Azərbaycan Partiyasının (YAP) üzvü və Gənclər Təşkilatının sədr müavini olub.
Ötən ilin sentyabrında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışı ilə müharibəyə yola düşən Səməndər İmanov 21 oktyabrda Xudafərin uğrunda gedən döyüşlərdə şəhid olub.
O, ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ili tətlif edilib.
Şəhidimizin ad günündə böyük mərasim keçirilib, Səməndərin əsgər yoldaşları, rayon ictimaiyyəti və doğmaları şəhidimizin doğulub-böyüdüyü evdən onun Kürsəngi kəndindəki məzarına qədər yürüş ediblər.