Yuxarı

Erməni hərbçilərinin maketini hazırlayan şəxs - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün açılışı olan Hərbi Qənimətlər Parkında sərgilənən Qarabağa zəfər yolunu açan xüsusi təyinatlı qüvvələrimizin, eləcə də Azərbaycan əsgəri qarşısında əzilən erməni zabit və əsgərlərin maketlərini heykəltəraş Rəşid Məhərrəmov hazırlayıb.

Kult.az xəbər verir ki, o, hazırladığı bu maketlərlə bağlı "Xəzər Xəbər"ə danışıb.

Onun sözlərinə görə, təklif gəldikdən sonra 3 aya yaxın bir müddətdə bu maketlərin üzərində çalışıb. Təxminən 30-a yaxın maketi hazırlamaq əziyyət tələb etsə də, bu işi görmək Rəşid Məhərrəmov üçün qürurverici olub.

Bu maketlərin hazırlanmasında müxtəlif dözümlü materiallardan istifadə olunub. Rəşid Məhərrəmov maketləri hazırlamazdan öncə ermənilərə xas olan obrazlar haqqında geniş məlumatlar əldə edib və maketləri də bu obrazlara uyğunlaşdırıb.

Rəşid Məhərrəmov sosial şəbəkələrdə erməni hərbçilərin maketlərinin hazırlanmasına etiraz edən bəzi istifadəçilərə də cavab verib. O bildirib ki, dünyanın əksər ölkələrində bu cür parklarda muzeylər salınır.

Bu muzeylərdə məğlub ölkənin hərbçilərini vizual olaraq əks etdirən maketlər hazırlanır və bu maketlər heç də reallıqda əks olunan insanların obrazı ilə eyniləşmir. Buna görə də maketlərin bəzilərində əks olunan obraz reallıqdakı erməni hərbçinin obrazı ilə üst-üstə düşməyə bilər.

Qeyd edək ki, Rəşid Məhərrəmov budan öncə də Milli Qəhrəman Mübariz İbrahimovun heykəlini hazırlamışdı.

Tarix
2021.04.14 / 09:42
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla