Yuxarı

"Təmiz hövzələr" aksiyasına start verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Təmiz hövzələr" aksiyasına start verildi

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının və ekokönüllülərin də cəlb edildiyi "Təmiz hövzələr" aksiyası çərçivəsində Kürün bir hissəsində təmizləmə işləri aparılıb, çay hövzəsinin 15 kilometrdən artıq sahəsi sintetik torlardan və plastik tullantılardan təmizlənib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədovun Axar.az-a verdiyi məlumata görə, brakonyerliklə mübarizəyə daha geniş kütləni cəlb etməklə ölkənin su hövzələrində bu cür tədbirlər daha da intensivləşdiriləcək:

"Sintetik torların toplanması qadağan olunmuş vasitələrlə balıq ovu edənlərə daha bir xəbərdarlıqdır və əsas hədəf geniş ictimaiyyətin dəstəyi ilə balıq ehtiyatlarının mühafizəsi, qorunması işini möhkəmləndirmək, onların artırılmasına nail olmaqdır".

B.Məhəmmədov əlavə edib ki, su hövzələrinin çirkləndirilməsi, plastik tullantıların su axarlarına atılması da bioresursların məhvinə səbəb olur.

"Buna görə də sututarlarını zibilləməmək, qadağan olunmuş alətlərlə balıq ovlayanları bu işlərdən çəkindirmək hər birimizin borcu və vəzifəsi olmalıdır. "Təmiz hövzələr" aksiyasında yığılmış sintetik torlar və plastik tullantılar təkrar emal üçün AzEkol şirkətinə təhvil verilib”.

Tarix
2021.04.19 / 18:20
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə ilə Azərbaycan arasındakı fikir ayrılıqları... - AKP

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla