Yuxarı

Müavini qətlə yetirilən sədrindən danışdı – Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müavini qətlə yetirilən sədrindən danışdı – Özəl

Saray qəsəbəsinin qətlə yetirilən bələdiyyə sədrinin vəzifəsini müavini icra edir.

Bu barədə Axar.az-a açıqlamasında mərhum bələdiyyə sədri Vəsilə Əbilhəsənovanın müavini Məhi Həsənov bildirib. Onun sözlərinə görə, hələlik seçki keçirilməyib və yeni sədr seçilməyib. Sədr müavini qətllə bağlı istintaqın davam etdiyini və yekunda qətlə aydınlıq gələcəyini açıqlayıb.

M.Həsənov qətldə şübhəli bilinərək saxlanan şəxslərin V.Əbilhəsənova ilə qabaqcadan tanışlığı olduğunu təsdiqləyib:

"Mətbuat müxtəlif versiyalar yazır. Əksəriyyəti şişirdir. Amma mətbuatın yazdığı kimi olmayıb. Onların torpaq satışında əlbir olması haqda nəsə demək olmaz. Çünki mən özüm bu işlərdə olmamışam".

Bələdiyyə sədrinin evinin yandırılmasına gəlincə, M.Həsənov deyib ki, mərhumun digər evindən tüstü qalxıb:

"O da bilinmir ki, yandırılıb, ya yox. Ev yanmayıb, bir az tüstü qalxıb. Hər şey istintaqdan sonra bilinəcək".

Qeyd edək ki, V.Əbilhəsənova və əri Vəfadar Əbilhəsənovu öldürən Fədai Hüseynovun bələdiyyə sədrinə torpaq satışında kömək etdiyi bildirilir. F.Hüseynovun qardaşları Vüqar və Nuru da həbs edilib. V.Əbilhəsənovanın həyat yoldaşı Vəfadar Əbilhəsənov Azərbaycan Polad İstehsalı Kompleksi QSC-də aparat rəhbəri vəzifəsində çalışıb. Bələdiyyə sədri öz doğum günündə qətlə yetirilib.

Tarix
2015.06.21 / 14:06
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla