Yuxarı

Qənirə Paşayeva məmurları sərt tənqid etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qənirə Paşayeva məmurları sərt tənqid etdi

Bu gün söz almağımın əsas səbəbi ötən iclaslarda hökumət qarşısında qaldırdığım məsələlərə nə yazılı, nə şifahi cavab almamağımdır.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, burada bəzi məsələlərin qaldırılmasının səbəbi məmurlardır:

“Çünki bəzi məsələləri 2-3 dəfə qaldırıram, bu zaman qurumlardan belə cavab verilir ki, siz bunu 3 dəfə qaldırıbsınız, daha bunu qaldırmayın. Bunu demək doğru deyil. Mənim burada hansı məsələni qaldıracağımı hansısa məmur müəyyən etmir. Mənim qaldırdığım məsələləri seçicilərim müəyyən edir. Seçicim gəlir mənə müraciət edir ki, I Qarabağ müharibəsi qazisidir, əlində məhkəmə kağızı var. Amma qurumlardan cavab ala bilmir. Qurumlara müraciət edirəm, deyirlər ki, baxılacaq. Nə vaxt baxılacaq?! Niyə baxılmır? Adam deyir ki, məhkəmənin qərarı yerinə yetirilmir. Bundan sonra vətəndaşa necə deyə bilərəm ki, məhkəmələrə inanın. Hələ bir sayırlar da neçə dəfə çıxış edilib. Bu sözlərin müəllifləri kim olduqlarını özləri bilirlər”.

Komitə sədri, həmçinin bəzi məmurlardan deputatlarla danışıqlarına fikir vermələrini tələb edib:

“Dövlət məmuru öncə insanla, vətəndaşla danışmağı öyrənməlidir. Deputatla danışanda üslublarına diqqət etsinlər. Əgər onlar buna əməl etməsələr, bundan sonra mən onların adlarını da çəkəcəyəm”.

Deputat onu da qeyd edib ki, Göytəpə Arxeoloji Parkı qurulmur:

“Bununla bağlı Prezidentin sərəncamı var. Niyə həmin sərəncam yerinə yetirilmir? Buna cavab verin!”

Tarix
2021.06.08 / 12:37
Müəllif
Axar.az
Digər xəbərlər

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla