Yuxarı

İmişlidə qazlaşma səviyyəsi 94%-i ötdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İmişlidə qazlaşma səviyyəsi 94%-i ötdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyi bütün ölkə üzrə qəsəbələrin, kəndlərin, yeni yaşayış massivlərinin və onların genişlənən hissələrinin qazlaşdırılması işlərini planlı şəkildə sürətlə davam etdirir.

“Azəriqaz”dan Axar.az-a verilən məlumata görə, görülən işlər çərçivəsində daha bir kəndin qazlaşdırılması işləri yekunlaşıb.

İmişli rayonunun Hacırüstəmli kəndində yerləşən 222 fərdi yaşayış evi mavi yanacaqla təmin edilib. Yaşayış məntəqəsinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 18 177 metr olan müxtəlif diametrli polad və uzunluğu 2 146 metr olan polietilen borular vasitəsi ilə daşıyıcı, paylayıcı qaz xətləri çəkilib.

Bütün dünyada hökm sürən koronavirus (COVID-19) pandemiyası şərtləri gözlənilməklə yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə “Azəriqaz” İB-nin və rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər. Hər bir fərdi yaşayış evinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qeyd edək ki, kənddə təbii qaz açılışına ilk olaraq Vətən müharibəsinin şəhidi Asim Rasim oğlu Abbasovun ailəsinin yaşadığı fərdi yaşayış evindən başlanılıb. Beləliklə, bu açılışdan sonra İmişli rayonunda qazlaşma səviyyəsi 94,4% təşkil edəcək.

Tarix
2021.06.22 / 18:08
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Azərbaycan İrana uçuşları dayandırıb?

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla