Yuxarı

SOCAR işçilərinin uşaqları Almaniyaya getdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR-da çalışan işçi uşaqları istirahət üçün Almaniyada yay düşərgəsinə göndərilir.

SOCAR-dan Axar.az-a verilən məlumata görə, 2013-cü il sentyabrın 19-da SOCAR və E.ON şirkətlərinin uzunmüddətli əməkdaşlığı üçün geniş imkanlar yaradan qaz satışı müqaviləsinin imzalanması ilə iki şirkət arasında təkcə istehsalat əlaqələri deyil, texnologiya və innovasiya, menecment təlimi, gənc mütəxəssislərin inkişafı, tədqiqat və korporativ sosial məsuliyyət sahələrində də münasibətlər genişlənib.

Müqaviləyə əsasən, SOCAR və E.ON şirkəti əməkdaşlarının 12-13 yaşlı uşaqları üçün Azərbaycanın və Almaniyanın müxtəlif şəhərlərində yay düşərgələri də təşkil edilir. 14-28 iyun tarixlərində SOCAR əməkdaşlarının müsabiqədən keçmiş övladları üçün "Almaniyanın dadı" (Taste of Germany) adlı növbəti yay düşərgəsi keçirilib. Yay düşərgəsinin birinci həftəsi Şimali Rayn Vestfaliya əyalətində, ikinci həftəsi isə Münhen şəhərində baş tutub.

Şagirdlər Düsseldorf, Essen, Köln, Duizburq, Bonn və Hagen şəhərlərinə səyahət edərək bir sıra muzeylər, tarixi abidələr, yeni tikililər və əyləncə mərkəzləri ilə tanış olublar.

Tarix
2015.07.04 / 14:44
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla