Yuxarı

Füzuli aeroportu sərnişinləri nə vaxt qəbul edəcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Füzuli aeroportu sərnişinləri nə vaxt qəbul edəcək?

Füzuli aeroportu beynəlxalq hava limanı olacaq və çəkisi 400 tona qədər olan təyyarələri qəbul edə biləcək.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Füzulidə jurnalistlərə açıqlamasında Azərbaycan Hava Yolları QSC-nin (AZAL) nümayəndəsi Valeh Əmiraslanov deyib.

“Hava limanı payızda istifadəyə veriləcək. İlk sınaq uçuşu sentyabrın 5-nə planlaşdırılır. Lakin labaratoriya yoxlanışı sınaq uçuşundan əvvəl - avqustun 25-də həyata keçiriləcək. Aeroport sərnişinləri bu ilin payızından sonra qəbul edə biləcək. Çünki terminal ərazisində işlər tamamlanmalıdır. Lakin uçuş-enmə zolaqları yaxın zamanlarda tam hazır olacaq və sınaq uçuşları yerinə yetiriləcək”, - o qeyd edib.

Xatırladaq ki, Füzuli aeroportunun tikintisinə bu il yanvarın 14-də başlanılıb. İlkin olaraq ərazidə mina təmizləmə işləri aparılıb, paralel olaraq mobilizasiya işləri görülüb. Bu müddət ərzində uçuş enmə zolaqlarının uzunluğu 3 km, eni isə 60 metr olan torpaq yatağı çıxarılıb. Hazırda zolaqda üst lay adlanan hissədə aşınma qatı vurulur. Bunun müəyyən hissəsi tamamlanıb, digər hissələrdə isə alt lay vurulur. Sükan yoluna asfalt vurulması üçün konstruksiya tələblərinə uyğun olaraq işlər tamamlanıb. Yaxın zamanlarda asfalt işlərinə başlanılacaq.

"Sahəsi 6 min kvadrat metr olan perronda gördüyünüz kimi tamamlanma işləri aparılır. Sükan yolunda asfalt işləri bitdikdən sonra işlər paralel olaraq perronda da aparılacaq. Perronda 8 hava gəmisinin dayanaması nəzərdə tutulur. Terminal binasında işlərin 60-70%-i tamamlanmaq üzrədir. Konstruksiyada işlər tam bitib, dam üzlüklə üzlənib. İki ədəd su rezervləri tam tikilib və yoxlanılıb. Hava limanının elektrik enerjisi ilə təmin edilməsi üçün uzunluğu 2,5 km olan hava xətti çəkilib və sahə daxili 10 kVt-lıq daxili kabel çəkilib. Təyyarələrin enməsi üçün naviqasiya avadanlığı quraşdırılıb, eyni zamanda gecə enmə üçün işıq siqnal sistemi quraşdırılır", - deyə AZAL rəsmisi əlavə edib.

Tarix
2021.07.30 / 12:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan niyə Trampın Sülh Şurasına qoşuldu? - 4 səbəb

Tramp işğala hazırlaşır - Putin yardım edəcək?

İlham Əliyev İsrail prezidenti ilə görüşdü - Foto

SOCAR Türkiyədə bu hava limanını qazla təmin edəcək

İlham Əliyevdən Trampa: Dəvəti qəbul edirəm...

Tramp İlham Əliyevə məktub göndərdi

Məşhur amerikalı analitikdən Əliyevlə bağlı möhtəşəm sözlər

İlham Əliyev Davosda Adrian Makdonaldla görüşdü - Foto

İlham Əliyev Davosda Çexiyanın baş naziri ilə görüşdü

Prezident Davosda Konnor Teski ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla