Yuxarı

“Sputnik Ermənistan” Azərbaycan “qardaşını” sildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Sputnik Ermənistan” Azərbaycan “qardaşını” sildi

“Sputnik Ermənistan” xəbər portalı dizaynını dəyişib. Yeni dizayn daha çox Rusiyanın əsas informasiya agentliklərini xatırladır.

Ümumiyyətlə, "Sputnik"in erməni versiyası rus və digər dillərdə yayımlanan versiyadan daha zəngin, operativ və texniki cəhətdən nəhəng görünür. Əlbəttə ki, burda "Sputnik" agentliyinin baş redaktoru Marqarita Simonyanın da rolu kifayət qədər böyükdür. Yarandığı qısa müddətdə “Sputnik Ermənistan” sırf erməni maraqlarına xidmət edən, ölkələrində ən çox oxunan eksklüziv portala çevrildi – “Sputnik Azərbaycan”dan fərqli olaraq. “Sputnik Ermənistan”ın erməni maraqlarına xidmət edən komandası var, təəssüf ki, “Sputnik Azərbaycan” haqda bu sözləri demək mümkün deyil. Əksinə, “Sputnik Azərbaycan” haqda daha fərqli açıqlamalar, bu komandadan ayrılanların rəhbərlik haqda zaman-zaman verdikləri bəyanatlar təəssüf doğurur.

Qayıdaq “Sputnik Ermənistan”nın yenilənmiş dizaynına. Saytın üst hissəsində "Sputnik"in fəaliyyət göstərdiyi 30-dan çox dil və həmin dillərə keçidlər qeyd olunub. Avropa, Yaxın Şərq, Mərkəzi Asiya, Cənubi Amerika və s. Qafqaz hissəsinə gəldikdə, erməni, gürcü, hətta osetin və abxaz dilləri və o dildə yayımlanan versiyaya keçidlər var, lakin “Sputnik Azərbaycan” yoxdur.

Maraqlıdır, niyə? Bəlkə, “Sputnik Azərbaycan” bağlanacaq? İnformasiya savaşında geri qalan “milli” versiyaya ehtiyac duyulmur.

“Sputnik Azərbaycan”dan Axar.az-a bildirildi ki, bu, “Sputnik Ermənistan”nın daxili koorporativ məsələsidir və onlar Moskvadakı baş ofislə razılaşdırıb yenilik edirlər.

Verilən cavab bir qədər düşündürücüdür…

Tarix
2021.09.14 / 17:32
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla