Yuxarı

Narazı qazi ilə bağlı nazirlikdən açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Narazı qazi ilə bağlı nazirlikdən açıqlama

Cəlilabad rayonu sakini, Vətən müharibəsi iştirakçısı Fariz Hidayət oğlu Ağayevin sosial mediada yayılan şikayəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində araşdırılıb.

Axar.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, digər qazilərimiz kimi, Fariz Ağayevin də sosial məişət şəraiti daim diqqətdə olub. Ailə təsərrüfatının qurulması üçün hələ bu ilin aprel ayında o, özünüməşğulluq proqramına cəlb edilib. Və bunun üçün avqustun 9-da ona iribuynuzlu heyvandarlıq sahəsi üzrə aktivlər (3 inək və 400 kq yem) təqdim edilib.

Fariz Agayevin əlilliyinin qiymətləndirilməsi isə ilk növbədə aidiyyəti qurumlar tərəfindən onunla bağlı müvafiq sənədlər (şəhadətnamə və göndəriş) təqdim edildiyi halda həyata keçiriləcək.

Bununla belə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyin həkim-ekspertləri Farizi evində əyani müayinə edərək nəticəsinə əsasən əlilliyinin qiymətləndirilməsi üçün sənədləşmə prosesində müvafiq dəstəyin göstəriləcəyi bildirilib.

Farizə ailəsinin ünvanlı sosial yardım almaq hüququna baxılması üçün hazırda ailənin mülkiyyətində olan torpaq sahəsinin qanunvericiliyin tələbinə əsasən rəsmiləşdirilməsi də tövsiyə olunub.

Tarix
2021.09.20 / 20:08
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan təsdiqlədi: Delimitasiya belə aparılacaq...

İranın Trampın “qəbuledilməz” dediyi təklifləri

Nərgiz Məhəmmədi azadlığa buraxıldı

Simonyandan Qarabağ açıqlaması: Bu, bizim üçün tələ idi!

Prezidentin Ona göstərdiyi böyük ehtiram... - Video

Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşdı

“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd...

Bu dəmir yolu Zəngəzurla Naxçıvanı birləşdirəcək - Prezident

Qarabağ buğda əkən bir neçə generalın nəzarəti altında idi

Putin Kremldən Paşinyana xəbərdarlıq etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla