Axar.az
Yuxarı

İlham Əliyev 1 sərəncam, 4 fərman imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:37

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında yaşıllıqların salınması sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2868 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

1. “Azərbaycan Respublikasında yaşıllıqların salınması sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2868 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 537; 2010, № 7, maddə 610; 2016, № 2 (II kitab), maddə 343; 2020, № 5, maddə 601) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci hissədə “səhmləri dövlətə məxsus olduğu üçün dövlətin adından müəyyən səlahiyyətlərin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına” sözləri “ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara” sözləri ilə əvəz edilsin;

1.2. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. Azərbaycan Respublikasının Prezidentinə:

2.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;”;

1.3. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

2.1-1.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Cəmiyyətin nizamnaməsinin təsdiq edilməsi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

2.1-1.2. idarəetmə orqanlarının yaradılması;”;

1.4. 2.2.1-ci və 2.2.5-ci yarımbəndlər ləğv edilsin;

1.5. 2.2.3-cü yarımbəndə “Cəmiyyətin” sözündən sonra “sədrinin və” sözləri əlavə edilsin;

1.6. 2.3-cü bənddə “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “İqtisadiyyat Nazirliyinə” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544; 2019, № 7, maddələr 1213, 1233, № 12, maddə 1935; 2020, № 8, maddə 1039; 2021, № 5 maddə 435; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 iyun tarixli 1364 nömrəli, 17 iyun tarixli 1368 nömrəli və 18 avqust tarixli 1430 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmanla təsdiq edilmiş “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsi” üzrə:

1.1. 2.2.3-1-ci və 3.1.1-1-ci yarımbəndlər ləğv edilsin;

1.2. 3.1.4-cü yarımbəndə “DOST” mərkəzlərinin” sözlərindən əvvəl “DOST” mərkəzlərində göstərilən xidmətlərlə əlaqədar monitorinqlər aparmaq, habelə” sözləri əlavə edilsin;

1.3. 3.1.18-ci yarımbəndə “müəssisələri ilə” sözlərindən sonra “, qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə” sözləri əlavə edilsin;

1.4. 3.2.11-ci yarımbənddən “və göstərilən xidmətlərin” və “və təkmilləşdirilməsi” sözləri çıxarılsın.

2. Həmin Fərmanla təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 2.6-cı və 10.9-cu bəndlər əlavə edilsin:

“2.6. əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi”;

“10.9. mediasiya xidmətlərinin təşkili”;

2.2. 4.10-cu bənddən “, monitorinq aparılması” sözləri çıxarılsın.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 29 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 29 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 897, № 12 (I kitab), maddə 2592; 2019, № 12, maddə 1923) 3.2-ci bəndində “2020-ci" sözləri “2022-ci” sözləri ilə, “2023-cü” sözləri isə “2025-ci” sözləri ilə əvəz edilsin.

2. Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2030, № 12 (I kitab), maddə 2330; 2018, № 5, maddə 901, № 10, maddə 1991, № 12 (I kitab), maddə 2592; 2019, № 5, maddə 857, № 12, maddə 1923; 2020, № 5, maddə 541) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6-cı hissədə “2020-ci” sözləri “2022-ci” sözləri ilə əvəz edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası” üzrə:

1.2.1. 1.1-ci bəndə (ikinci halda) “sahibkarların” sözündən sonra “Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) Himayəçilik Şurası tərəfindən müəyyən edilən iqtisadi fəaliyyət sahələri üzrə” sözləri əlavə olunsun və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond)” sözləri “Fondun” sözü ilə əvəz edilsin;

1.2.2. 4.6-cı bənddə “ilk 12 (on iki) ay üçün” sözləri “kredit verildiyi tarixdən həmin ilin sonunadək” sözləri ilə əvəz edilsin;

1.2.3. 5.6.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.6.4-cü yarımbənd əlavə edilsin:

“5.6.4. faiz subsidiyasının verilməsi üçün müraciət olunan kredit bu Qaydanın 1.1-ci bəndinə əsasən Fondun Himayəçilik Şurasının müəyyən etdiyi iqtisadi fəaliyyət sahələrinə uyğun olmadıqda.”.

2. Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 498 nömrəli, “Sosial sığorta ehtiyatından istifadə Qaydası”nın və “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli, “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 24 avqust tarixli 235 nömrəli, “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli, “Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 18 dekabr tarixli 411 nömrəli və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 498 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1045; 2017, № 12 ( I kitab), maddə 2281; 2018, № 6, maddə 1223) 2-ci hissəsində “Fonduna” sözü “Fondunun hesablarına” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1644; 2019, № 1, maddə 73; 2021, № 5, maddə 448) ilə təsdiq edilmiş “Sosial sığorta ehtiyatından istifadə Qaydası”nın 3.1.3-cü yarımbəndində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun” sözləri “dövlət sosial müdafiə fondunun” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1685; 2019, № 2, maddə 212) ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın 4.3.5-ci yarımbəndində “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun” sözləri “dövlət sosial müdafiə fondunun” sözləri ilə əvəz edilsin.

4. “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544; 2019, № 7, maddələr 1213, 1233, № 12, maddə 1935; 2020, № 8, maddə 1039; 2021, № 5, maddə 435; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 iyun tarixli 1364 nömrəli və 17 iyun tarixli 1368 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 6.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“6.4. dövlət sosial müdafiə fondunun büdcəsi;”;

4.2. 8.5-ci bənddə “Dövlət Sosial Müdafiə Fondunun” sözləri “dövlət sosial müdafiə fondunun” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 411 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2568; 2019, № 11, maddə 1698) ilə təsdiq edilmiş “Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası”nın 3.5.3-cü yarımbəndində hər iki halda “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun” sözləri “dövlət sosial müdafiə fondunun” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 718; 2021, № 5, maddə 446; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 1357 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

6.1. 3.1.2-ci və 3.2.2-ci yarımbəndlərdə “Fondun” sözü “dövlət sosial müdafiə fondunun” sözləri ilə əvəz edilsin;

6.2. 3.1.3-cü yarımbənddə “Fondun növbəti il üçün” sözləri “növbəti il üçün dövlət sosial müdafiə fondunun” sözləri ilə əvəz edilsin;

6.3. 4.5.14-cü yarımbəndə “habelə” sözündən sonra “dövlət sosial müdafiə fondunun” sözləri əlavə edilsin.

Tarix
2021.09.21 / 15:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sahibə Qafarova Andreas Aebi ilə görüşdü

Azad olunan ərazilərə ceyranlar nə vaxt buraxılacaq?

"Azərpoçt" "Sədərək"dən alınan məhsulları ünvana çatdıracaq

Kamran Əliyev yenidən vitse-prezident seçildi

Dövlət qulluğunda vəzifə tutmaq istəyənlərin nəzərinə

Anar Kərimov şəhid ailələri ilə görüşdü

Zaxarova açıqladı: Rus şirkətləri Qarabağda...

Onlayn narkotik satanlara hökm oxundu

Mehriban Əliyevadan Zəngilanla bağlı paylaşım - Video

İki rayon və bir şəhərə yeni prokuror təyin edildi

KULT
<>
Xəbər xətti
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla