Yuxarı

İlham Əliyevin portretini daşıdığı şəhid... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyevin portretini daşıdığı şəhid... - Foto

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Bakıda təşkil olunmuş yürüşdə iştirak ediblər.

Axar.az xəbər verir ki, yürüş zamanı Prezidentin daşıdığı plakatda şəhidimiz Azərbaycan Ordusunun baş leytenantı olan Adil İbrahimli əks olunub.

O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Adil İbrahimli noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.

Qeyd edək ki, Şəhidimizin həyat yoldaşı Nargül İbrahimli ərinin, eləcə də şəhid olmuş qardaşının dəfni zamanı cənazələrini öz çiyinlərinin üstündə daşımışdı. Yenicə ailə həyatına başlayan qadının dəfn zamanı çəkilən görüntüləri hər bir azərbaycanlıya toxunmuşdu.

Birinci xanımın daşıdığı plakatda isə 17 oktyabrda ermənilərin Gəncəyə raket atması nəticəsində həlak olan 10 aylıq körpə Xalıqova Narin əks olunub.

Narinin ailəsindən həmin gün daha 4 nəfər erməni terrorunun qurbanı olub.

Tarix
2021.09.27 / 17:46
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla