Yuxarı

Qarabağ kimindir? Qərəzli tarixi kənara qoyun - Denisov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının keçmiş deputatı, “Rossotrudniçestvo”nun Azərbaycandakı ofisinin rəhbəri, iqtisad elmləri namizədi Valentin Denisovla müsahibəni təqdim edir:

- 30 il ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladı, ötən ilin sentyabrın 27-də Azərbaycan uğurlu əks-hücum əməliyyatına başladı. O günlər haqqında nə deyə bilərsiniz?

- Bu otuz ilin səkkiz ilini Bakıda yaşayıram və işləyirəm. Demək olar ki, Azərbaycanın bütün şəhər və rayonlarını gəzmişəm. Orda çoxlu dostum və həmkarım var. Niyə bu barədə danışıram? Çünki bu heyrətamiz ölkənin və bütövlükdə Cənubi Qafqazın tarixini kiminsə subyektiv fikir və düşüncələrindən, açıq qərəzli tarixi yanaşmasından tanımıram. Cənubi Qafqazın tarixi mürəkkəb və ziddiyyətlidir, ziqzaqlarla doludur, hətta dəfələrlə qəsdən yenidən yazılıb və təhrif olunub. İndi isə Qarabağ haqqında. Mənim üçün heç bir sual yoxdur: Qarabağ kimindir? Qarabağ Azərbaycandır! Əbədi və birdəfəlik! 30 il əvvəl bu əhəmiyyətli bölgə Sovet İttifaqının dağılmasında bir növ açar oldu. Kimə lazım idi - hamı çox yaxşı bilir...

Azərbaycan başqa nə edə bilərdi? Dövlət bütövlüyünü və müstəqilliyi necə bərpa etmək olar?

Beynəlxalq diplomatik nümayəndəlik bu münaqişəni sülh yolu ilə həll etməkdə aciz olduğunu və bacarıqsızlığını etiraf etdi. Bu vaxt Qarabağ çökdü: milyonlarla qaçqın yarandı, iqtisadiyyat, mədəniyyət yox oldu, bölücü xətt cəbhə xəttinə çevrildi. Bəli, həm bu tərəfdən, həm də digər tərəfdən ölən gənclərə çox üzüldüm. Lakin münaqişənin daha da uzanması gec-tez Cənubi Qafqazda Azərbaycan və Ermənistanın da qatılacağı genişmiqyaslı müharibəyə gətirib çıxaracaqdı. Çox güman ki, belə bir ssenari Sovet İttifaqını dağıdanlar tərəfindən hesablanmışdır.

- İşğaldan azad olunmuş torpaqların xarabalığa çevrildiyini yəqin görmüsünüz...

- Mən artıq dedim ki, Qarabağ çökmüşdü. Bunu, son bir ildə gördüyümüz çoxsaylı video-görüntülər, fotoşəkillər və sənədlər təsdiqləyir. Onlara həyəcanlanmadan baxmaq mümkün deyil. Bir zamanlar təbiət incisi olan ümumittifaq kurortu vəhşicəsinə məhv edilib: mədəniyyət abidələri, dini ziyarətgahlar dağıdılıb. Oraları qəsdən təhqir ediblər. Sosial infrastruktur, yollar, elektrik xətləri, su kəmərləri və daha çox şey yoxa çıxıb...

Yaxşı başa düşürəm ki, Azərbaycan yaxın onillikdə Qarabağın bərpası, onu ölkənin digər bölgələrinin inkişaf səviyyəsinə çatdırmaq üçün hansı böyük resursları sərf etməli olacaq.

- Bir il ötdü. Nələr dəyişdi və gələcəkdə nələrin dəyişəcəyini gözləyirsiniz?

- Qısaca deyim ki, dəyişikliklər çox təsiredicidir. Və bu, Azərbaycan rəhbərliyinin müdrik və ardıcıl siyasətinin, hansı millətdən olmasından asılı olmayaraq, sadə insanların bu siyasəti dəstəkləməsinin nəticəsidir. Rusiyada daimi yaşayan azərbaycanlılarla tez-tez görüşürəm və vətənlərində baş verən hər şeyə necə empatiya bəslədiklərini görürəm. Bir il ərzində Füzulidə beynəlxalq hava limanı inşa edildi, yüzlərlə kilometr müasir yol çəkildi, onlarla abidə, mədəniyyət yerləri və məscidlər bərpa edildi. Pravoslav kilsəsi bərpa olunur. Şuşa yenidən mədəniyyət paytaxtı oldu. Qəbələdə keçirilən musiqi festivallarından birində Polad Bülbüloğlu ilə görüşümü tez-tez xatırlayıram. Vətənində baş verənləri, məşhur ailəsinin tarixi və xatirəsi ilə əlaqəli hər şeyi itirdiyini mənə acı və kədərlə danışdı. İndi hər şey geri qayıdır və bərpa olunur...

Yeri gəlmişkən, Azərbaycana və onun Qarabağına Rusiyada maraq nəzərəçarpacaq dərəcədə artır. Bunu müşahidə edirəm, çünki çox fərqli insanlar mənə tez-tez suallar verirlər. Və bu, önümüzdəki illərdə çoxlarının Azərbaycanı öz gözləri ilə görməyə, ailəvi tətillərini orada keçirməyə gələcəklərinin təminatıdır. Daha bir məqamı da qeyd edim, tez-tez eşidirəm ki, Azərbaycanın ölkə rəhbəri və komandası ilə bəxti gətirib. Bu da rol oynayır. Ən əsası, bu rəhbərliyin başçılıq etdiyi Azərbaycan xalqı vətənpərvərliyini, Azərbaycana olan sevgisini itirməyib. Ona görə də Qarabağın bərpası bu qədər sürətlə və geniş miqyasda gedir. Bir çox Rusiya-Azərbaycan tədbirlərində, danışıqlarında və digər beynəlxalq formatlarda iştirak etmişəm. Azərbaycanlı nümayəndələr öz ölkələrinin maraqlarını yüksək ləyaqətlə müdafiə edirlər. Bu, dərin hörmət hissi yaradır. Ona görə də Azərbaycanın böyük beynəlxalq nüfuzu var və onun rəyi dünyada nəzərə alınır.

- Rusiyanın rolunu necə qiymətləndirirsiniz?

- Rusiya Cənubi Qafqazda Qarabağla bağlı gərginliyin aradan qaldırılmasında, Azərbaycanla Ermənistan arasında hərtərəfli əlaqələrin bərpasında səmimi maraq göstərir. Məsələn, Naxçıvana gedən yolun tez bir zamanda açılması çox vacibdir. Cənub qonşuları ilə iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri əsasən bundan asılıdır. Mən yaxşı bilirəm ki, Cənubi Qafqazda sülh və harmoniya siyasətinin Azərbaycan, Rusiya, İran, Türkiyə və əlbəttə ki, Ermənistan arasında çoxtərəfli və sabit tərəfdaşlıq münasibətlərinin inkişafında maraqlı olmayan bir çox rəqibi var. Yalnız Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli Bəyanatının həyata keçirilməsi Ermənistana tamhüquqlu və müstəqil dövlət olmaq üçün son şansı verir.

Tarix
2021.09.28 / 13:33
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla