Yuxarı

Ana türmədə olan oğluna narkotik apardı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ana türmədə olan oğluna narkotik apardı

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müalicə müəssisəsinə və Şəki Penitensiar Müəssisəsinə narkotik maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a bildiriblər ki, Cinayət Məcəlləsinin 206.3.2-ci; 234.4.1-ci; 234.4.3-cü və 66.3-cü maddələri ilə təqsirli bilinərək yeddi il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Xidmətin müalicə müəssisəsində saxlanılan məhkum Tayyib Rəsul oğlu Eynullayev ilə qısamüddətli görüşə gələn anası Bakı şəhər sakini Səfurə Musa qızı Eynullayeva tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı orada olan idman şalvarının belindəki ipə xüsusi üsulla hopdurularaq gizlədilmiş 1,748 qram narkotik maddə - heroin aşkarlanıb.

Cinayət Məcəlləsinin 29.120.2.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hazırda Şəki Penitensiar Müəssisəsində saxlanılan Elsevər Elçin oğlu Quliyevə tanışı Mingəçevir şəhər sakini Ruslan Xanlar oğlu Həsənov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman isə orada olan əl-üz dəsmalına xüsusi üsulla hopdurularaq gizlədilmiş 0,108 qram narkotik maddə - heroin aşkar edilib.

Tarix
2021.10.21 / 11:20
Müəllif
Axar.az
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla