Yuxarı

MN həbs olunan zabitlər xəbərinə aydınlıq gətirdi – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Hərbi İnspeksiyanın əməkdaşları haqqında məlumatı Baş Prokurorluğa Müdafiə Nazirliyi verib.

Bu barədə Axar.az-ın sorğusuna Müdafiə Nazirliyinin mətbuat xidməti cavabında bildirib. Qeyd olunub ki, hazırda həmin şəxslərə qarşı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılıb:

"Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının əməkdaşları haqqında kütləvi informasiya vasitələrində yayılan xəbərlərlə bağlı bildiririk ki, inspeksiyanın əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı yol verdikləri ciddi qanun pozuntularına görə Müdafiə Nazirliyi rəhbərliyinin göstərişi əsasında müvafiq araşdırma aparılmış və toplanmış materiallar qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Həmin materiallar əsasında Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılmış və hazırda istintaq aparılır. Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandanın qeyd etdiyi kimi, tutduğu vəzifədən, keçmiş xidmətlərindən asılı olmayaraq xidməti dövründə yol verdiyi qanun pozuntularına görə hər kəs qanun qarşısında məsuliyyət daşıyır".

Qeyd edək ki, bu gün Haqqın.az saytı Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiya idarəsinin bir neçə yüksək vəzifəli şəxsinin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edildiyi haqqında məlumat yaymışdı. Məlumatda saxlanılan şəxslər haqqında cinayət işi başlanıldığı bildirmişdi.

Tarix
2015.07.29 / 11:41
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla