Yuxarı

Nazirlik layihə təqdim etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində icra olunacaq "Azərbaycanda sosial xidmətlərin inkişafı" adlı yeni Tvinninq layihəsinin təqdimatı olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, Tvinninq layihəsi çətin həyat şəraitində olan şəxslərin sosial inklüziyasının təmin edilməsi və müvafiq sahədə qanunvericiliyin, institusional mexanizmlərin daha da təkmilləşdirilməsində ƏƏSMN-ə dəstək göstərməkdən ibarətdir. Bununla bağlı olaraq, layihə çərçivəsində görüləcək işlərdə Avstriyanın müvafiq dövlət qurumu ilə əməkdaşlığın həyata keçirilməsi də nəzərdə tutulur.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyində Layihələr üzrə rəhbər vəzifəsini icra edən Olaf Heldebax, Avstriya Respublikasının Azərbaycandakı səfirinin müavini xanım Ute Fresner Azərbaycanda sosial xidmətlər sisteminin mütərəqqi dünya təcrübəsi əsasında daha da təkmilləşdirilməsində bu layihənin önəmli rol oynayacağını bildiriblər.

Yeni sosial xidmət modelləri hazırlanaraq ilk növbədə Bakı şəhərində və üç pilot rayonda sınaqdan keçiriləcək. Həmçinin sosial xidmətlər sahəsində çalışacaq insan resurslarının inkişafı strategiyası və fəaliyyət planının hazırlanması, ƏƏSMN-nin aidiyyəti sahədə fəaliyyət göstərən işçi heyətinə təlimlərin keçirilməsi təmin olunacaq.

Tarix
2015.07.29 / 12:50
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla