Yuxarı

Sürücülərə xəbərdarlıq: DİN reydlərə başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqust ayının 1-dən ölkə ərazisində "Təmiz hava" aylığı keçiriləcək.

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, Azərbaycan Prezidentinin 11 noyabr 2004-cü il tarixli 517 saylı sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"nın icrası və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinin birgə təsdiq etdiyi tədbirlər planının tələbinə uyğun olaraq avqustun 1-dən ölkə ərazisində təmiz hava adı altında təhlükəsizlik aylığının keçirilməsinə start verilir.

V.Əsədovun sözlərinə görə, nəqliyyat vasitələrindən normadan artıq atılan zərərli tullantıların qarşısının alınması sahəsində işin səmərəliliyinin artırılması məqsədilə avqust ayı ərzində ölkə ərazisində, o cümlədən paytaxtda mütəmadi tədbirlər, reydlər keçiriləcək: "Ətraf mühitin və ümumiyyətlə atmosferin sağlamlaşdırılması istiqamətində hazırlanmış tədbirlər planının tələbinə uyğun olaraq təhlükəsizlik aylığı çərçivəsində avtomobil təsərrüfatı olan müəssisələrdə və təşkilatlarda xüsusi cihazlar vasitəsilə reydlər keçiriləcək".

V.Əsədov xatırladıb ki, yol hərəkətində istismar edilən nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətdə olmalıdır: "Mühərriyin ixrac etdiyi dəm qazının tərkibində karbon oksidin miqdarı normadan artıq olduqda nəqliyyat vasitəsi texniki cəhətdən nasaz hesab edilir və bu avtomobili idarə edən sürücü texniki nasazlığa görə, məsuliyyətə cəlb edilir. Hüquqi, fiziki və vəzifəli şəxslər də buna görə məsuliyyətə cəlb olunurlar".

Tarix
2015.07.30 / 10:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla