Yuxarı

Bakı metrosundakı dəhşətli qəzadan 26 il keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı metrosunda baş verən qəzadan 26 il ötür.

Axar.az xatırladır ki, 1995-ci il 28 oktyabrda “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasındakı qatarların toqquşması çoxlu sayda insan tələfatı ilə nəticələnib. Belə ki, 126 qadın, 28 uşaq, 3 xilasedici olmaqla, 289 nəfər həlak olub, 270 nəfər isə yaralanıb.

Aparılan istintaqdan sonra qəzanın qatarı idarə edən sürücünün səhvi nəticəsində baş verdiyi məlum olub. Sürücü yanğın başlayan zaman qatarı tuneldə saxlayıb. İnsanlar isə təlaş içində vaqonlardan çıxaraq qaçmağa başlayıblar. Havaçəkmə sistemi isə yaxşı işləmədiyinə görə görə tuneldəki insanlar havasızlıqdan, eləcə də ayaqlar altında qalaraq həlak olublar. Qatarda olanların əksəriyyəti isə zəhərli tüstüdən boğularaq ölüb.

Hadisədən sonra Heydər Əliyevin sərəncamı ilə ölkə ərazisində 3 günlük ümumilli matəm elan olunub və qəzada həlak olanların dövlət hesabına dəfn olunması və ailələrinə bir milyon manatlıq yardım verilməsi təmin olunub.

Qeyd edək ki, bu hadisə “Ginnesin rekordlar kitabı” na dünyada ən böyük metro qəzası olaraq düşüb.

Tarix
2021.10.28 / 13:51
Müəllif
Türkan Camal
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla