Yuxarı

Növbəti Uşaq Paralimpiya Oyunlarına start verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC-in dəstəyilə təşkil olunan Uşaq Paralimpiya İdman Oyunlarına yenidən start verilir. Uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə karantin rejiminin tələblərinə uyğun olaraq ənənəvi oyunların hər bir idman növləri üzrə ayrı-ayrı yarışlarla, azarkeşlər olmadan keçirilməsi qərara alınıb.

Axar.az xəbər verir ki, 2021-ci ilin Uşaq Paralimpiya İdman Oyunları çərçivəsində Sumqayıtda yerləşən Respublika Paralimpiya İdman Kompleksində pouerliftinq üzrə test yarışları baş tutub, həmçinin stolüstü tennis oyunları keçirilib. İlin sonunadək uşaq paralimpiyaçıları digər idman növləri üzrə yarışlarda da iştirak edə biləcəklər. Balaca idmançılar cüdo (26 noyabr), üzgüçülük (4 dekabr) və taekvando (10 dekabr) üzrə yarışlarda güclərini sınayacaqlar.

2014-cü ildən etibarən Azercell-in dəstəyilə fəaliyyət göstərən Azərbaycan Uşaq Paralimpiya Komitəsi indiyədək sağlamlıq imkanları məhdud olan 200-ə yaxın uşaq və yeniyetməni öz ətrafına toplaya bilib. Burada uşaqlar peşəkar məşqçilərin köməyilə 10 idman növü - cüdo, üzgüçülük, para-taekvando, pauerliftinq, boccia, qolbol, stolüstü tennis, əlil arabasında idman rəqsləri, dağ xizəyi və snoubord ilə məşğul olurlar. Onlar həmçinin, kütləvi idman tədbirləri, yerli və beynəlxalq əhəmiyyətli yarışlarda iştirak edirlər.

Qeyd edək ki, Uşaq Paralimpiya Komitəsi beynəlxalq təcrübədə ilk dəfə olaraq 2013-cü ildə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəzdində yaradılıb. Komitə sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına yardım edir. "Azercell Telekom” MMC bu mühüm missiyanı dəstəkləməklə ölkəmizdə uşaqların fiziki sağlamlığı və inkişafının təmin olunmasına öz töhfəsini verir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2021.11.23 / 13:25
Müəllif
Axar.az
Digər xəbərlər

"Azərsun Holdinq”in yeni sədri bəlli oldu

Mnatsakanyan təsdiqlədi: "Ordunun komandanı" olub

Rustavidə saxlanılan İŞİD üzvü Azərbaycan vətəndaşıdır

Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə görüşdü

Əmlakın müsadirəsi ilə bağlı yeni qərar

Balayanın 1991-ci ildə istintaqa ifadəsi: hücum edənlər...

Ağacları kütləvi şəkildə kəsənlər vəzifəli şəxslər imiş

Pənahov ABŞ-da 2 milyonluq villanı hansı pulla alıb?

Başçı bir ərazini iki şəxsə satdı, məhkəməni isə saymırlar...

Xocalıda qumbara partladı: yaralı var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla