Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Vətən Müharibəsinin şəhidi, mayor Elşad Həsənovun həyat yoldaşı Aksana Həsənova ilə görüşüb.
Axar.az xəbər verir ki, komitə sədri şəhidin xanımını dinləyib, öz ürək sözlərini bölüşüb.
Komitə sədri şəhid zabitin xanımına Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən Müharibəsinin şəhidi Elşad Paşa oğlu Həsənov (13.06.1981, Göyçə mahalı – 02.10.2020, Kəlbəcər) Murovdağ istiqamətində döyüş tapşırığını yerinə yetirərkən zamanı şəhid olub; onun nəşi uzun müddət tapılmayıb. 16 dekabr 2020-ci ildə nəşi tapıldığı ərazidən gətirilib və II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Şəhid zabitimiz Azərbaycan Prezidentinin Sərəncamına əsasən "Vətən uğrunda" və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Ruhu şad olsun!