Yuxarı

Daşınmaz əmlaka "kupça" almaq istəyənlərin nəzərinə!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşınmaz əmlaka dövlət reyestrindən çıxarış almaq üçün nə qədər vəsait ödəməliyəm? Dövlət rüsumu və xidmət haqqının məbləğini öncədən necə bilim? Bu sualların cavabı çox sadədir.

Axar.az xəbər verir ki, “Əmlak kalkulyatoru” elektron xidmətindən istifadə etməklə çıxarış almaq üçün tələb olunan məbləği özünüz hesablaya bilərsiniz.

“Əmlak kalkulyatoru” nədir?

Vətəndaşlar qeydiyyat xidmətləri ilə bağlı ödəyəcəyi məbləği öncədən bilmək istəyirlər. Daşınmaz əmlaklarını dövlət qeydiyyatına almaq istəyən şəxslərin ödəyəcəyi dövlət rüsumu və xidmət haqqı ilə bağlı əvvəlcədən məlumat almaq imkanı var. Bu sahədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Əmlak kalkulyatoru” elektron xidməti vətəndaşların istifadəsindədir.

“Əmlak kalkulyatoru”nun sadə istifadə imkanları əsasında vətəndaş daşınmaz əmlakın yerləşmə yerini, sahəsini, digər tələb olunan texniki məlumatları daxil edərək xidmət haqqı və rüsumla bağlı yekun məbləği əldə edə bilər. Xidmət vasitəsilə çıxarışın alınması, texniki pasportun əldə edilməsi, daşınmaz əmlaka ünvan təyin edilməsi, ünvan məlumatlarının verilməsi və digər xidmətlərlə bağlı dövlət rüsumu və xidmət haqqını çevik və sürətli şəkildə əvvəlcədən hesablamaq mümkündür. Bütün əməliyyatların vətəndaşın istəyindən asılı olaraq tezləşmə qaydası ilə aparılması və sənədlərin hazırlanması ilə bağlı da hesablama imkanları var.

Elektron xidmətdən istifadə etmək istəyən vətəndaş Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) “Əmlak kalkulyatoru” bölməsinə daxil ola bilər. Daşınmaz əmlakın qeydiyyatı xidmətlərindən birini seçən istifadəçi xidmətin mahiyyətini, əmlakın yerləşdiyi şəhər və rayonu, öz istəyi ilə xidmətin tezləşmə müddətini qeyd etməklə dövlət rüsumu və xidmət haqqı ilə bağlı dəqiq məbləği öyrənə bilər.

“Əmlak kalkulyatoru” elektron xidmətinin tətbiqi daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində göstərilən xidmətlərin daha da sadələşməsi deməkdir. Bu xidmət vətəndaşa rahat və operativ qaydada əmlakına çıxarış almağa, habelə əmlakla bağlı digər hüquqi əməliyyatları aparmağa daha rasional imkanlar yaradır.

Məbləğin əvvəlcədən dəqiq bilinməsi istifadəçilərə özləri üçün ən optimal variantı seçməsini və sənədləşdirməyə başlayıb-başlamamaqla bağlı istədiyi qərarı verməsini təmin edir. Elektron xidmətin tətbiqi əmlakın qeydiyyatı xidmətlərindən istifadə edəcək şəxslər üçün vaxt itkisinin qarşısını alır, prosesdə şəffaflığı təmin edir.

Tarix
2022.02.03 / 22:20
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa Azərbaycan sərhədində kəşfiyyata başladı

Qətər əmiri Prezident Əliyevi təbrik etdi

907-ci düzəliş ləğv edilməlidir - Səfir

Bayramov Keniya prezidenti ilə görüşdü

Bakıda Türkiyə və İsrail arasında üçdən çox görüş olub...

Bayramov BMT-nin Nayrobi ofisinin direktoru ilə görüşdü

Pezeşkian Azərbaycana təyin olunan səfirlə görüşdü

Putinə qarşı “Pautina”: Kreml və təbliğatçılar şokdadır...

Əliyevlə Tokayev bir-birini təbrik etdi

Bu ölkədə səfirliyimiz açıldı, nazir iştirak etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla