Yuxarı

“Azərsu” əməkdaşı borclu abonent tərəfindən döyüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərsu ASC tərəfindən içməli su və tullantı su xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi və debitor borc probleminin həlli məqsədilə zəruri tədbirlər görülür.

Qurumdan Axar.az-a verilən məlumata görə, abonentlərin ödənişə cəlb edilməsi məqsədilə maarifləndirmə və təbliğat işləri gücləndirilsə də, bəzi abonentlər göstərilən xidmətlərə görə ödəniş etmək istəmir, bu azmış kimi xidməti vəzifələrini yerinə yetirən Azərsu ASC-nin əməkdaşlarına qarşı kobud rəftar edir, təhdid və fiziki təzyiqlərə məruz qoyurlar. Azərsu ASC-nin “Bağlar Sukanal” İdarəsinin əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən abonentin fiziki təzyiqi ilə üzləşib.

Belə ki, “Bağlar Sukanal” İdarəsinin xidməti ərazisində olan Saray-H MTK-ya məxsus evin 45-ci mənzilində yaşayan abonentin içməli su və kanalizasiya xidmətlərindən istifadəyə görə yığılmış 679,93 manat borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, abonent borcu ödəməkdən imtina edib. “Sudan İstifadə Qaydaları”nın tələblərinə əsasən 07 fevral 2022-ci il tarixində iş əmri yaradılıb və mənzilin su təchizatı dayandırılıb. Buna baxmayaraq vətəndaş su xəttini özbaşına şəbəkəyə qoşub.

08 fevral 2022-ci il tarixində “Bağlar Sukanal” İdarəsinin əməkdaşı İsazadə Allahşükür Həsrət oğlu həmin ünvana yaxınlaşaraq abonentə borcun ödənilməsinin vacibliyini izah edib. Lakin abonent Azərsu ASC-nin əməkdaşı ilə aqressiv davranaraq ona fiziki təzyiq göstərib. Abonent Azərsu ASC-nin əməkdaşını yumruqla vuraraq xəsarət yetirib.

Baş vermiş hadisə “Bağlar Sukanal” İdarəsinin əməkdaşları tərəfindən aktlaşdırılıb, A.İsazadə tibbi ekspertizadan keçirilib və faktın araşdırılması üçün Abşeron rayon Polis İdarəsinə müraciət olunub.

Azərsu ASC vətəndaşların və abonentlərin diqqətinə çatdırır ki, göstərilən xidmətin səviyyəsi ödənişlərin vaxtında edilməsindən asılıdır. Bu məqsədlə xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara qarşı hər hansı təhqir və təzyiq yolverilməzdir və belə hallar baş verərsə Azərsu ASC tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Abonentlərin diqqətinə çatıdırılır ki, yaranmış debitor borcların hissəli ödənişinə də şərait yaradılır. Bunun üçün abonent yerli sukanal idarəsi və ya sahəsinə müraciət edərək razılaşma protokolu imzalamalı və götürdüyü öhdəliyə uyğun olaraq borcunu aylar üzrə bölünmüş ödəniş qrafiki üzrə hissə-hissə ödəyə bilər.

Tarix
2022.02.09 / 14:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Türkiyə ilə sərhəddə... - Video

Bu, müharibənin başlamasına səbəb ola bilər - Zülfüqarov

Əliyev İrəvana dostluq əlini uzadıb: Nikol bunu anlamırsa...

Türkiyə MN-dən birlik paylaşımı - Foto

Ərdoğanın Əsədlə görüşünü şərtləndirən 3 səbəb

Həbsxanalarda etiraf almaq üçün süni edam həyata keçirilir

Kremlin təklifi: Bakıya Moskva platforması lazım deyil!

İrəvan-Bakı normallaşma prosesi üzrə danışıqlar...

Azərbaycan və Somali XİN başçıları görüşdü

İrəvan nə istəyir: sülh, ya müharibə? - Vasadze

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla