Yuxarı

9 rayonun işsizləri üçün əmək yarmarkası

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
9 rayonun işsizləri üçün əmək yarmarkası

Nazirlik 9 rayonun işsiz və işaxtaranları üçün əmək yarmarkası keçirəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil edilən yarmarkaların bu həftə ərzində keçirilməsi nəzərdə tutulub.

Sentyabrın 9-da Göygöl, sentyabrın 10-da Şəki, Ağdam və Zaqatala, sentyabrın 11-də isə Abşeron, Bərdə, Balakən, Biləsuvar və Lerik rayonlarında yarmarkalar keçiriləcək. Tədbirdə qeyd olunan rayonlardakı idarə, müəssisə və təşkilatlarda olan vakant iş yerləri təklif olunacaq. Hazırda həmin boş iş yerləri barədə məlumatların toplanması işləri aparılır.

Yarmarkalar zamanı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə kvota üzrə iş yerləri də təqdim ediləcək. Tədbirlərdə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, habelə ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlər qeydiyyata alınacaq.

Tarix
2015.09.08 / 12:13
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla