Yuxarı

ADU-da Heydər Əliyevə həsr olunmuş konfrans keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADU-da Heydər Əliyevə həsr olunmuş konfrans keçirildi

Mayın 20-də Azərbaycan Dillər Universitetində Ümummili lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “Heydər Əliyev və qüdrətli Azərbaycan” adlı respublika tələbə-şagird elmi konfransının açılış mərasimi olub.

Axar.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycan Dillər Universitetinin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsələndirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla konfransın əhəmiyyətindən danışıb:

“Bu konfransın keçirilməsi hər bir tələbə üçün yeni elmi araşdırmaların aparılması, elmi təcrübələrin qazanılması üçün əlverişli imkanlar verir. Bu imkanlardan istifadə etməklə tələbələr gələcək elmi fəaliyyətlərində daha uğurlu nəticələr əldə edə biləcəklər. Gənclər, tələbələr Ulu öndər Heydər Əliyevin bizlərə əmanətidir. Mən bunu hər zaman qeyd edirəm. Tələbələrin savadlı və peşəkar olması vacibdir. Tələbələrin dövlətimiz üçün, Vətənimiz üçün daha faydalı vətəndaş kimi formalaşması qarşıya qoyulan əsas məqsədlərdən biridir. Buna görə də hər biriniz öz işinizdə faydalı olmalı, dövlətimizin, millətimizin parlaq gələcəyi naminə yorulmadan çalışmalısınız.”

Konfrans bölmə iclasları ilə davam edib.

Tarix
2022.05.20 / 18:07
Müəllif
Axar.az
Digər xəbərlər

Heydər Əliyev Mərkəzi Pakistan bayrağına büründü

Ceyhun Bayramov Arakçı ilə danışdı

MN-dən PUA-larla bağlı əhaliyə çağırış

Zaxarovanın Heydər Əliyevlə bağlı bu cəhdi qəbuledilməzdir!

Sülh müqaviləsinin mətnini razılaşdırmışıq, amma...

Szinpin İlham Əliyevi təbrik etdi

Bakı bununla bağlı İrəvana xəbərdarlıq edib - Mirzoyan

Prezident Şahbaz Şərifi təbrik etdi

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla