Yuxarı

Həyətindən 13 kq narkotik çıxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həyətindəki istixanada narkotik tərkibli bitkilər yetişdirən Masallı sakini saxlanılıb.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Nəzəroba kənd sakini Elman Zamanov saxlanılıb.

Onun yaşadığı evin həyətindəki istixanada əkərək kultivasiya yolu ilə yetişdirdiyi ümumi çəkisi 13 kiloqrama yaxın olan 60 ədəd narkotik xassəli çətənə bitkiləri aşkar edilərək götürülüb.

Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Niyazi Quliyev saxlanılıb.

Onun üzərindən və yaşadığı evdən hazır bükümlərdə qablaşdırılmış heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Tarix
2022.05.25 / 17:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla