Yuxarı

"Bakcell" eSIM istifadəyə verdi – Azərbaycanda ilk

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakcell şirkətinin abunəçiləri Azərbaycanda ilk dəfə olaraq eSIM istifadə edəcəklər. Bununla da plastik SIM karta ehtiyac qalmayacaq.

Axar.az xəbər verir ki, yeni nəsil SIM texnologiyası olan eSIM Bakcell abunəçilərinə mobil şəbəkəyə qoşulmanı və rabitə xidmətlərindən istifadəni xeyli sadələşdirən yeni imkanlar yaradır. eSIM vasitəsilə tək SIM kartlı smartfonlarda bir neçə nömrədən istifadə etmək mümkündür.

Bakcell virtual SIM kartını almaq və ya mövcud Bakcell nömrəsini virtual SIM karta keçirmək üçün “Bakcell”in rəsmi satış mərkəzlərindən birinə yaxınlaşıb nömrənin QR kodunu telefonla skan etmək lazımdır.

Smartfonunuzun eSIM texnologiyasını dəstəkləməsini yoxlamaq və xidmət barədə daha ətraflı məlumat almaq üçün https://www.bakcell.com/az/esim səhifəsinə keçin.

Qeyd edək ki, bu, Bakcell tərəfindən son bir ay ərzində tətbiq olunan ikinci nəhəng texnoloji yenilikdir. Bu yaxınlarda şirkət tərəfindən Azərbaycanda ilk dəfə olaraq VoLTE texnologiyası istifadəyə verilib.

Tarix
2022.06.01 / 13:20
Müəllif
Axar.az
Digər xəbərlər

Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi...

Elşən İbrahimov Rusiyanı belə tərk elədi - Video

Rusiya Azərbaycandan bu məhsulların idxalını qadağan etdi

İlham Əliyev BƏƏ prezidentinə hədiyyə təqdim etdi - Foto

Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Baş nazir mühüm qərar imzaladı

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Azərbaycanla BƏƏ hərtərəfli tərəfdaşlıq sazişi imzaladı

Nazir bu ölkələrin rəsmiləri ilə görüşdü - Video

İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla