Yuxarı

Məktəbli forması ilə bağlı təzyiq... – Mehriban Vəliyeva

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məktəbli forması ilə bağlı hər hansı təzyiqdən söhbət gedə bilməz.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

BŞTİ müdiri xatırladıb ki, məktəbli formaları ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı var:

“Bu da məktəbli formasının rəngi, forması və şagirdlərin sağlamlığına xidmət edən qərardır. Qəbul edilən qərar və qanunlara hər kəs riayət etməlidir. Təhsil müəssisələrindəki pedaqoji şuranın qərarı ilə məktəbli formaları üçün üç rəng seçimi edilə bilər. Bu mövzuda başqa təzyiqlər ola bilməz. Valideynlər məktəbin qərarına hörmət edərək rəng seçiminə uyğun olaraq öz övladlarını geyimlə təmin etməlidirlər. Bu, bizim şagirdlərin gələcək sağlam inkişafına müsbət təsir edən amildir. Hesab edirəm ki, sentyabr ayından heç bir təzyiq olmadan, əksinə, sevinərək bu istiqamətdə yaxşı mənzərəni görərək fəaliyyətə başlayacağıq”.

Forma seçən məktəblərin olub-olmamasına gəlincə, M.Vəliyeva əlavə edib ki, bu, hər bir məktəb üzrə pedaqoji şuranın qəbul edəcəyi qərardır:

“Ona görə yekun nəsə demək mümkün deyil. Ola bilsin ki, avqust ayında keçiriləcək şurada bu barədə qərarlar qəbul edilsin. Valideynlərə maarifləndirici işlər aparılacaq və seçim işlərində köməklik ediləcək”.

Tarix
2022.06.30 / 10:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla