Yuxarı

İran və Azərbaycan birgə layihələr icra edir - Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran və Azərbaycan birgə layihələr icra edir - Nazir

İran və Azərbaycan su və elektrik sahələrində birgə layihələri icra etməkdədir.

Axar.az-ın məlumatına görə, bunu İranın energetika naziri Əli Əkbər Mehrabian Bakıda Heydər Əliyev adına beynəlxalq aeroportda jurnalistlərə verdiyi açıqlamada deyib.

Ə.Mehrabianın sözlərinə görə, səfər çərçivəsində Xudafərin və Qız Qalası hidroqovşaqları və su elektrik stansiyaları haqda müzakirələr aparılacaq. Həmçinin iki ölkə arasında əməkdaşlıq sənədinin imzalanması nəzərdə tutulub.

Mehrabian əlavə edib ki, müxtəlif sahələrdə, o cümlədən bərpa olunan enerjilər, İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkəsinin birləşdirilməsi və digər maraq doğuran sahələrdə danışıqlar aparılacaq.

İranlı nazir deyib ki, İranın hazırkı hökumətinin prioritetlərindən biri qonşu ölkələrlə əlaqələrin inkişaf etdirilməsidir. Azərbaycan İranın yaxşı qonşularından biridir və iki ölkə rəsmiləri arasında çoxlu sayda görüşlər iki tərəfin əməkdaşlığı hərtərəfli şəkildə inkişaf etdirmək üçün ciddi iradəyə sahib olduğunu göstərir.

Tarix
2022.07.06 / 00:52
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla