Yuxarı

Ermənilər qorxuda: Xankəndidə bayrağımız...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər qorxuda: Xankəndidə bayrağımız...

Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun Qarabağdakı “etnik ermənilər”lə görüşündə Azərbaycan bayrağının masada qoyulması ermənilərin "narahatlığına" səbəb olub.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, Ermənistan mediası görüşün Xankəndidə, Volkovun qərargahında keçirildiyini yazır.

Görüş Qarabağdakı qondarma “sabah arsax partiyası”nın istəyi ilə baş tutub. Əslində onları Volkovla görüşə baş separatçı Araik Arutyunyanın göndərdiyi haqda məlumatlar var.

Hətta qondarma “sabah arsax” görüş tələbi ilə bağlı bəyanat da yayıb. Bəyanatda açıq şəkildə sülhməramlıların komandanlığı təhdid edilir.

“Biz görürük ki, sülhməramlılar öhdəliklərini ya yerinə yetirə bilmirlər, ya da istəmirlər. Bizi nə gözlədiyini bilməliyik ki, buna uyğun addımlar ataq. Sülhməramlı qüvvələrin rəhbərliyi görüşdən imtina edərsə, ictimai təzyiqlə üzləşəcək”, - bəyanatda deyilir.

Lakin görüşə gedənlər Azərbaycan bayrağı ilə qarşılaşacaqlarını gözləmirmiş. Separatçı-terrorçuların informasiya resursları görüşlə bağlı məlumatı bayrağımızın olduğu foto ilə yaysa da, sonradan siliblər.

“Hraparak” nəşri yazır ki, görüşdə Azərbaycan bayrağının qoyulması Qarabağdakı ermənilərə açıq mesajdır: “Görüşdə nə danışdılığı bilinmir, lakin bu, Azərbaycan bayrağının olduğu görüş olaraq yazıldı”.

Bu, 44 günlük müharibədən sonra Xankəndidə Azərbaycan bayrağının olduğu ilk hadisədir. İndiyə qədər sülhməramlılar separatçıların qondarma “bayrağı” ilə poz verirdilər. Ermənilərlə görüşdə Azərbaycan bayrağının olması həm də onlarda separatçı rejimin gələcəyinin olmadığı fikrinin formalaşması baxımından əhəmiyyətlidir. Rusiya sülhməramlılarının bunu Bakının tələbi ilə etdiyi istisna deyil.

Tarix
2022.08.05 / 22:34
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla