Yuxarı

"Azərişıq" şəbəkəyə qanunsuz qoşulma aşkarladı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərişıq ASC müxtəlif obyektlərdə və evlərdə elektrik enerjisinin talanması halları aşkarlayıb.

Qurumdan Axar.az-a verilən məlumata görə, belə hallardan biri İsmayıllı rayonunda yerləşən marketdə aşkar edilib. Baxış zamanı məlum olub ki, obyektə elektrik sayğacından kənar xətt daxil olur.

Analoji hal Quba rayonunun Zərdabi qəsəbəsində fəaliyyət göstərən marketdə də aşkarlanıb.

Daha bir neqativ hal Lənkəran rayonunun Separadi kəndində şadlıq evinin sayğacına baxış zamanı müəyyən edilib. Restorana elektrik sayğacından kənar xətt daxil olduğu ortaya çıxıb.

Uçot dəstinə müdaxilələr obyektlərlə yanaşı, fərdi yaşayış evlərində də aşkar edilib. Xırdalan şəhərində abonentin sayğaca qanusuz müdaxiləsi müəyyən olunub. Belə ki, abonent sayğacın üzərinə maqnit yerləşdirib və beləcə hərəkət mexanizmini dayandırıb.

Növbəti belə faktlardan biri Xızı rayonu Şurabad qəsəbəsində fərdi yaşayış evində qeydə alınıb. Yeraltı xətt çəkilməklə uçot dəstinə qanunsuz qoşulmanın olduğu aşkarlanıb.

"Hər bir abonent bu məsələdə məsuliyyətli olmalıdır. Sayğaclara edilən qanunsuz müdaxilələr, elektrik veriliş xətlərinə uçotdan kənar qoşulmalar səbəbindən xətlər həddindən artıq yüklənir və nəticədə həmin xətlər boyunca elektrik enerjisinin keyfiyyəti azalır, gərginliyin aşağı həddə düşməsinə səbəb olur. Bu da istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təmin etməyə maneələr yaradır. Ən əsası isə belə neqativ hallar insanların həyat və sağlamlığı üçün ciddi təhlükədir", - deyə səhmdar cəmiyyəti bəyan edib.

Tarix
2022.08.17 / 13:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla