Yuxarı

Azərbaycanlı milyarder müflis oldu - İddia ərizəsi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının "Moskva bankı" ("Bank Moskvı", VTB qrupu) paytaxtdakı Çerkizov bazarının keçmiş sahibi, AST qrupunun sahibi Telman İsmayılov haqqında iflas elan olunması üçün arbitraj məhkəməsinə iddia təqdim edib.

APA-nın məlumatına görə, bu barədə "Kommersant" qəzeti yazıb.

Oktyabrın 1-də arbitraj məhkəməsinə daxil olan iddiada deyilir ki, 2012-ci ilin sentyabrından 2014-cü ilin fevralına kimi bank "Ruslayın" MMC və Hollandiyanın "Tropicano Finance B.V." şirkətlərinə üç dəfə ümumi məbləği 230 milyon dollar olan kredit ayırıb. Hər iki şirkət AST ilə əlaqəlidir və pulu alan Telman İsmayılov kreditin müəyyən olunmuş müddətdə qaytarılacağı barədə şəxsən təminat verib.

İddiaya əsasən nə faizlər, nə də əsas borc ödənilməyib. Nəticədə T. İsmayılovun bu ilin 1 oktyabrına yığılan borcu 286,4 milyon dollar təşkil edib. "Moskva bankı" T. İsmayılovun bu müddətdə maliyyə öhdəliklərini yerinə yetirmədiyinə görə, onun ödəmək iqtidarında olmadığını bildirib. Bununla əlaqədar bankın hüquqşunasları arbitraj məhkəməsindən vətəndaşın borclarının restrukturizasiyası prosedurunu aparmağı xahiş ediblər.

Hələlik T. İsmayılov problemlə əlaqədar hər hansı şərh verməyib.

Tarix
2015.10.05 / 10:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla