Yuxarı

Bakıda yeni növ oğurluq: Yollardan...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azəryolservis ASC-nin balansında olan yollardan xeyli sayda yağış barmaqlığı oğurlanıb.

ASC-dən Axar.az-a verilən məlumata görə, səth sularının normal axıdılması üçün nəzərdə tutulan və yolun hərəkət hissəsinin kənarlarında yerləşən yağış-kanalizasiya sistemlərinə aid quyuların barmaqlıqları oğurlanıb. Ən çox oğurluq qeydə alınan ərazilərdən biri isə Ziya Bünyadov prospektidir. Prospektdə qısa müddət ərzində 179 ədəd barmaqlıq yoxa çıxıb.

Anoloji faktlar Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından Mərdəkan yol qovşağınadək olan hissəsində də qeydə alınıb. Burda oğurlanan yağış barmaqlıqlarının sayı 69 ədəddir.

Nobel prospektində isə yolun hərəkət hissəsinin kənarlarında yerləşən 10 ədəd yağış-kanalizasiya sistemlərinə aid quyuların barmaqlıqları götürülüb.

Baş vermiş hadisə ilə bağlı yol təsərrüfatına külli miqdarda ziyan dəyib. Faktla bağlı ASC rəsmi olaraq hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən həmin hadisəni törədən şəxs və ya şəxslərin saxlanılaraq istintaqa cəlb olunması istiqamətində işlər aparılır.

Tarix
2015.10.06 / 00:22
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Slovakiya baş naziri Bakıda

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla