Yuxarı

Abşeronda Anım Günü ilə bağlı tədbirlər keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsi şəhidlərinin Anım Gününə ehtiram əlaməti olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı-Şamaxı yolunun Abşeron rayonuna düşən hissəsində geniş ağacəkmə aksiyası keçirilib.

Axar.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, “N” saylı Hərbi Hissənin Korpus komandiri - Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidov, ANAMA əməkdaşları, şəhid ailələri və qazilərin iştirakı ilə baş tutan aksiyada 1000-dən artıq Eldar şamı və zeytun ağacı əkilib.

Daha sonra Xırdalan şəhərində yerləşən Heydər Əliyev Parkında 27 sentyabr - Anım Gününə həsr edilmiş ümumrayon tədbiri keçirilib.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etmişdir. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə ilk öncə Azərbaycan Dövlət Himni oxunub, Ulu Öndər Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, şanlı Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə cəmi 44 gün ərzində düşməni döyüş meydanında məğlub edərək torpaqlarımızı işğalçılardan azad edib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin möhkəm iradəsi, xalq-iqtidar birliyi, ordumuzun, şəhidlərimizin qəhrəmanlığı və şücaəti sayəsində vətənimizin bütövlüyü təmin olundu. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda geniş yenidənqurma, abadlıq-quruculuq işlərinin həyata keçirdiyini vurğulayan RİH-nin başçısı yaxın zamanlarda böyük tədbirlərin artıq düşməndən azad edilmiş yurdlarımızda təşkil olunacağına əminliyini ifadə edib.

Daha sonra rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, şəhid Şamil Nəcəfovun anası Gülşən Qazanxanova, şəhid Rəşad Mehdiyevin atası Rəhman Mehdiyev və digərləri çıxış edərək ordumuzun şücaətindən, ölkəmizdə şəhid və qazi ailələrinə göstərilən böyük diqqət və qayğıdan danışıblar. Sonra şəhid övladları səhnəyə dəvət olunub.

Təbirdən sonra şəhidlərimizin əziz xatirəsinə ehsan süfrəsi açılıb. Qeyd edək ki, Birinci Qarabağ və Vətən Müharibəsi zamanı canından keçmiş bütün şəhidlərimizin məzarları üzərinə əklillər və gül dəstələri düzülüb, rayonun kənd və qəsəbələrində bütün şəhidlərimizin xatirəsinə ehsan süfrələri açılıb, şəhidlərimiz ehtiramla yad edilib.

Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH-nin məsul əməkdaşları, o cümlədən rayonun hüquq-mühafizə orqanları, idarə və təşkilatları tərəfindən 26-27 sentyabr tarixlərində Abşeron rayonunda yaşayan şəhid ailələri və qazilər ziyarət olunmuş, onların qayğıları ilə maraqlanmış, şəhidlərimizin xalqımızın qəlbində və tariximizdə daima yaşayacaqları vurğulanıb.

Tədbir və görüşlər zamanı şəhid ailələri və qazilər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya onlara göstərilən davamlı diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər.

Tarix
2022.09.27 / 19:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla