Yuxarı

Şeyx fitva verdi - Məhərrəmlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhərrəm ayının başlanması ilə əlaqədar tədbir keçirilib.

Report-un xəbərinə görə, tədbirdə QMİ-nin Elmi-Dini Şurası və Qazılar Şurasının üzvləri, qurumun səlahiyyətli nümayəndələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, habelə dini icma rəhbərləri və tanınmış elm adamları iştirak ediblər.

Tədbir Qurani-Kərimin tilavəti ilə başlanıb.

Çıxış edən QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə İslamda müqəddəs aylardan sayılan Mərərrəm ayının özəlliklərindən, Kərbəla hadisəsi və Aşura gününün mahiyyətindən danışıb, Məhərrəm ayının dini qaydalara və dövlətin qanunlarına uyğun keçirilməsinin vacibliyini vurğulayıb, bu barədə axund və imamlara müvafiq tapşırıq və tövsiyələrini verib.

Daha sonra QMİ Qazılar Şurası Məhərrəm ayının başlanması ilə əlaqədar fətva verib. Fətvada qeyd olunub ki, Hicri-qəməri təqvimi ilə 1436-cı il başa çatır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bildirir ki, yeni Hicri 1437-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2015-cü il oktyabr ayının 15-nə, Aşura günü isə oktyabrın 24-nə təsadüf edir.

Tarix
2015.10.13 / 11:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Baxçalı “Əhməd Cavad Şərəf” medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla