Yuxarı

Şuşa ilə bağlı qanuna dəyişiklik edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şuşa ilə bağlı qanuna dəyişiklik edildi

“Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Nazirlər Kabinetindən Axar.az-a bildirilib ki, 2022-ci il 13 may tarixli 527-VIQD nömrəli Qanunla “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa “Şuşa şəhərinin adından istifadə edilməsi” adlı 3-1-ci maddə əlavə edilib.

Həmin dəyişikliyə əsasən, Azərbaycan Respublikasının qanunları ilə və ölkə Prezidenti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında, mükafatların və təltiflərin adlarında, yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında, kommersiya və reklam məqsədilə, əmtəə nişanlarında və coğrafi göstəricilərdə “Şuşa” sözündən (“Şuşa” sözü olan söz birləşməsindən) istifadəyə yalnız Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə yol verilir.

Qeyd edilən dəyişikliyi nəzərə alaraq Nazirlər Kabinetinin müvafiq qərarlarında dəyişiklik edilərək uyğunlaşdırma zərurəti yaranıb.

Tarix
2022.09.30 / 21:06
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev və Mirziyayev açılış mərasimində iştirak etdilər

Mirziyayev elan etdi: “İki ölkə – bir çempionat” proqramı...

İrəliləmək üçün konkret tədbirlər planımız var - Əliyev

Özbəkistanla əbədi dostluq haqqında müqavilə imzalandı

Mərkəzi Asiya və Azərbaycan vahid iqtisadi regiondur...

Mirziyayev İlham Əliyevi təbrik etdi: Diplomatiyanızın qələbəsi

İlham Əliyev Mirziyayevi Azərbaycana səfərə dəvət etdi

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Prezidentlərin təkbətək görüşü oldu

Prezidentlər və xanımları birgə foto çəkdirdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla