Yuxarı

Yollarda payız hazırlığına başlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yollarda payız hazırlığına başlanıldı

Payız-qış mövsümünə hazırlıq məqsədilə küçə və prospektlərdə səth normal sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya quyularının təmizlənməsi işləri həyata keçirilir.

Azəryolservis ASC-dən Axar.az-a verilən məlumata görə, işlər çərçivəsində yol kənarlarında yerləşən yağış barmaqlıqları çıxarılır, yağış-kanalizasiya quyularının içi təmizlənir. Barmaqlıqlar olmayan yerlərdə yeni barmaqlıqlar qoyulur, keyfiyyətsizləri isə yenilərin ilə əvəzlənir.

ASC tərəfindən bu çərçivədə Ziya Bünyadov, Tiflis, Azadlıq, Neftçilər, Heydər Əliyev və Nobel prospektlərində, Həsən Əliyev, Səməd Vurğun, Salamzadə, Bakıxanov, Ağa Neymətulla,Təbriz küçələrində, həmçinin Lökbatan dairəsi-Bibihetbət yolu, Binəqədi şossesi və Hava limanı istiqamətində başlanılan işlər artıq yekunlaşmaq üzrədir.

Bu istiqamətdə işlər nəinki paytaxt Bakının küçə və prospektlərində, həmçinin respublikanın bütün avtomobil yollarında da həyata keçirilir. Körpülər yerləşən ərazidə çayların yataqları, suötürücü boruların giriş-çıxış hissələri və küvetlər təmizlənir.

Tarix
2015.10.16 / 15:58
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla