Görkəmli hərbi xadim general
Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29
sentyabr 2015-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar
tədbirlərin planlaşdırılması və keçirilməsi məqsədilə Müdafiə
nazirinin əmrinə əsasən Təşkilat Komitəsi yaradılıb.
Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir
ki, Təşkilat Komitəsinin ilk iclasında Silahlı Qüvvələrin birlik,
birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində
tədbirlərin keçirilməsi ilə baglı qarşıda duran tapşırıqlar
müzakirə edilib.
Təhsil, Mədəniyyət və Turizm Nazirliklərinin təklifləri də
nəzərə alınmaqla hazırlanan tədbirlər planına əsasən qarnizonlarda,
xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi birlik, birləşmə və
hissələrdə, eləcə də ölkənin təhsil və mədəni-maarif ocaqlarında
minlərlə hərbi qulluqçu və mülki əhalinin iştirakı ilə elmi-praktik
konfrans, yubiley mərasimləri, yarış-müsabiqələri, viktorinalar,
səyyar foto sərgilər və müxtəlif tədbirlər keçiriləcək.
İlin sonunadək davam edəcək silsilə tədbirlərə artıq Silahlı
Qüvvələrdə start verilib.